SON XƏBƏRLƏR

“Ukrayna İran istehsalı olan PUA-ları uğurla zərərsizləşdirir”-Britaniya kəşfiyyatı

2022.10.24, 11:15
“Ukrayna İran istehsalı olan PUA-ları uğurla zərərsizləşdirir”-Britaniya kəşfiyyatı

Gunaz.tv

Bu barədə Böyük Britaniya kəşfiyyatının tviter səhifəsində məlumat verilib.

“Rusiya Ukrayna ərazisində hədəflərə qarşı İran istehsalı olan PUA-lardan istifadə etməyə davam edir. Ukrayna “Şahed-136” PUA-larını zərərsizləşdirmək məsələsində daha çox uğur qazanır”, - məlumatda qeyd edilib.

Ukrayna ordusunun rəsmi məlumatlarına görə, Rusiya Silahlı Qüvvələrinin bütün hücumlarının, təxminən, 85 %-i dəf edilir.

Britaniya kəşfiyyatı bildirib ki, Rusiya güman ki, uzaqmənzilli dəqiq silahlarının artan çatışmazlığını doldurmaq üçün çox sayda İran istehsalı olan PUA-lardan istifadə edir: “Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi PUA-lar məhdud manevrə, sürətə malikdir və çox səs-küylüdür.

Bu da onları adi hava hücumundan müdafiə sistemləri üçün asan hədəfə çevirir”. (Report.az)

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar