SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda ölümlə nəticələnən qəzaların sayı artıb

2021.11.23, 11:52
Şərqi Azərbaycanda ölümlə nəticələnən qəzaların sayı artıb

Gunaz.tv

Bir həftə öncə Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin başçısı Əli Səfayifərd də əyalətdə yol qəzalarının və qəza nəticəsində ölüm hallarının kəskin çoxaldığını deyib.

O, cari günəş ilinin ilk 7 ayı ərzində əyalətdə baş verən yol qəzalarında 556 nəfər həyatını itirdiyini və bunun ötən ilin oxşar dövrünə nisbətdə 18% artdığını bildirib.

Qəzalarda həyatının itirənlərin 442-nin kişi, 114-nün qadın olduğunu deyən Səfayifərd eyni müddətdə 9822 nəfərində bədən xəsarətləri aldığını və bununda ötən günəş ilinin eyni dövrü ilə müqayisədə 7% çoxaldığını açıqlayıb.

Tibbi Ekspertiza Mərkəzinin verdiyi məlumata görə, ötən günəş ilində Şərqi Azərbaycan əyalətində 715 nəfər yol qəzaları nəticəsində ölüb, 14 min nəfər isə yaralanıb.

“İrankargər” saytının verdiyi məlumata görə, ölkənin infrastrukturunun, o cümlədən yolların dağıdılması, qeyri-standart olması insanların həyatlarının itirilməsində əsas amillərdən biri sayılır. 

Belə ki, Almaniyada bir il ərzində baş verən qəzalar nəticəsində qeydə alınan ölüm halları ilə İranda 20 günlük yaz bayramındakı ölüm halları bərabərdir.

C.E 
 

رضا کریمی نژاد - عصرتبریز

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar