Təbriz-Məşhəd qatarı hadisəsi ilə bağlı hesabat – Əsas müqəssir...

28.11.2019, 09:24

GünAz TV: 3 il əvvəl Simnan əyalətində Təbriz-Məşhəd qatarında baş verən hadisə ilə bağlı hesabat yayılıb.

 

Hesabatın hazırlanmasının uzun müddət təxirə salınması Azərbaycan əhlisi ilə yanaşı yerli millət vəkillərinin də dəfələrlə etirazına səbəb olmuşdur. Parlamentin abadlaşdırma komissyasının yaydığı hesabatda qeyd olunub ki, ölkənin Təftiş və Araşdırma Təşkilatı hadisənin təfərrüatını araşdırıb, təqsirkarların başında dövrün yol və şəhərsalma naziri Abbas Axundi dayanır.

 

Yol və Şəhər Salma Nazirliyindən başqa, dövrün Büdcə və Planlaşdırma Təşkilatının rəisi, iqtisadiyyat naziri, Dərmiryolu şirkəti, qəzaya düçar olan qatarların rəisi və hadisə ilə əlaqəli olan daha bir neçə rəsmi təşkilat və şirkətlər birbaşa və ya dolayısı yolla müqəssir bilinib.

 

Hesabatın dövlətin üç sisteminin rəisi və məhkəməyə təqdim olunduğu bildirilir.

 

Qeyd edək ki, 2016-cı il noyabrın 25-də Təbriz-Məşhəd qatarı İranın Siman əyalətində ağır qəza keçirib. Bir neçə rəsmi orqanın diqqətsizliyi nəticəsində baş verən qəzada təxminən 50 soydaşımız həlak olub. Bu günə qədər hadisənin təfərrüatı və ona səbəb olan orqan və ya şəxslərin kimliyi Azərbaycan ictimaiyyətinə açıqlanmamışdır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social