SON XƏBƏRLƏR

“Traxtur” və tərəfdarlarını gözləyən həlledici görüşlər...

2021.10.20, 07:36
“Traxtur” və tərəfdarlarını gözləyən həlledici görüşlər...

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası son vaxtlar super liqa yarışlarında əldə etdiyi uğurlar nəticəsində tunir cədvəlinin birinci 3 komandasının arasında yer alaraq çempionluğa iddialı komandalardan birinə çevrilib.

 

Şübhəsiz ki, “Traxtur”un bugünkü mövqeyində komandaya transfer edilən bir neçə ulduz futbolçunun xüsusi rolu olub. Lakin Azərbaycan komandasının çempion olması üçün Novruz bayramından sonrakı görüşlərdə yeni uğurlara imza atması lazımdır.

 

“Traxtur” suepr liqa yarışları çərçivəsində gələcək həftələrdə Xuzistanın “İstiqlal” və “Fulad” komandaları, “Sənət Neft”, “Sepidrud”, “Peykan”, “Zob Ahən”, “Perspolis” və “Pars Cənubi Cəm” komandaları ilə qarşılaşacaq.

 

Ekspertlərin fikrinə görə, bu görüşlərdə “Traxtur”un ən güclü rəqibləri “Perspolis” və “Zob Ahən”dir bu komandalara qalib gələcəyi təqdirdə çempion olmasına böyük ümid var.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar