SON XƏBƏRLƏR

Qəzvində daha bir müəssisə tətil aksiyasına başlayıb

2022.11.25, 11:05
Qəzvində daha bir müəssisə tətil aksiyasına başlayıb

Gunaz.tv

Qəzvinin ağır tonnajlı yük maşınları istehsal edən "Bəhmən Dizel" zavodundan sonra noyabrın 24-də daha bir iqtisadi müəssisənin işçiləri tətil aksiyasına başlayıblar.

Güneyli işçi hərəkatı fəallarının verdiyi məlumata görə, Qəzvində yerləşən və minik avtomobil mühərrikləri, motosikletlərin istehsalı ilə məşğul olan "Niroye Müəhhərrikə" zavodunun işçiləri də işi dayandırıblar.

Qeyd edək ki, son həftələr ərzində İranın bir neçə əhəmiyyətli neft-kimiya və neft emalı zavodunda başlayan tətil aksiyaları bir çox şəhərə yayılıb.

Bununla yanaşı hazırda İranın onlarla şəhərində bir çox iqtisadi və sənaye müəssisələri etirazçılara dəstək və hökumətin repressiyalarına etiraz məqsədilə fəaliyyətini dayandırıb.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar