SON XƏBƏRLƏR

90 il öncə müstəqil dövlətimizi quran Məmməd Əmin Rəsulzadə - Semed Niknam

2021.10.20, 07:36
90 il öncə müstəqil dövlətimizi quran Məmməd Əmin Rəsulzadə - Semed Niknam

Gunaz.tv
90 il öncə müstəqil dövlətimizi quran Məmməd Əmin Rəsulzadə - Semed Niknam . Siyasi-ictimai fəaliyyətə gənc yaşlarından başlayır. O , 1906-cı ildə Azərbaycanda ilk sosial demokrat təşkilat olan “ Hümmət” təşkilatının yaradıcılarından və Hümmətin orqanı “Təkamül “ qəzetinin baş redaktoru olmuşdu. Nəriman Nərimanovla birgə nəşr etdirdiyi bu qəzet qısa zaman sürəcində Qafqazın məşhur qəzetlərindən birinə çevrilir. Qeyd etmək lazımdır ki, Rəsulzadənin ilk yazısı “ Şərqi Rusiya “ qəzetində çap edilmişdir. ------------------------------------------- “O Azərbaycanlı peyğəmbər idi, onun kimi şəxsiyyəti olan millət xoşbəxtdir“ Seyid Həsən Tağızadə Məmməd Əmin Rəsulzadə 1884-cü il Azərbaycan Respublikasının paytaxtı Bakının Novxanı kəndində doğulub. İlk təhsilini atası Axund hacı molla Ələkbərin yanında alır. Sonra isə Rus-Müsəlman və Bakı peşə məktəbini bitirir. Siyasi-ictimai fəaliyyətə gənc yaşlarından başlayır. O , 1906-cı ildə Azərbaycanda ilk sosial demokrat təşkilat olan “ Hümmət” təşkilatının yaradıcılarından və Hümmətin orqanı “Təkamül “ qəzetinin baş redaktoru olmuşdu. Nəriman Nərimanovla birgə nəşr etdirdiyi bu qəzet qısa zaman sürəcində Qafqazın məşhur qəzetlərindən birinə çevrilir. Qeyd etmək lazımdır ki, Rəsulzadənin ilk yazısı “ Şərqi Rusiya “ qəzetində çap edilmişdir. 1909-cu il Güney Azərbaycana və İrana keçənə qədər Azərbaycanda çoxsaylı qəzetlər çıxartmış və Hümmətin rəhbərliyində işləmişdir. 1909-cu ildə Güney Azərbaycana və İrana keçdikdən sonra İranda “ İrane no “ (Yeni İran ) adlı ilk Avropa tipli qəzet nəşr edir və bu qəzetdə yazdığı məqalələrlə fars ədəbi dilinə yenilik gətirir. Heydər Əmioğlu və Həsən Tağızadə ilə birlikdə “ İran Demokrat Partiyasının” məramnaməsini yazır. Rəsulzadənin fəaliyyəti İranda uzun surmur. Rus dövlətinin təzyiqi ilə Türkiyəyə sürgün olunur. 1913-cü ildə Azərbaycana qayıdır və millətçi hümmətlilərlə tərəfindən yaradılmış “Müsəlman Demokratik Müsavat “ təşkilatında fəaliyyətə başlayır. 1917-ci il Fevral İnqilabından sonra “ Qafqaz və Rusiya müsəlmanları “ qurultayına qatılır. Az sonra Qafqaz parlamenti “ Siyemdə “ Azərbaycanı təmsil edir. 1918-ci il “ Siyem “ dağılandan sonra “ Azərbaycan Milli Şurasının “ rəhbəri seçilir. Milli Şura 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini elan edir. Beləliklə, 34 yaşlı Rəsulzadə müsəlman dünyasında ilk dəfə olaraq Demokratik Xalq Cümhuriyyətinin prezidenti seçilir. Məmməd Əmin Rəsulzadə müstəqilliyimizi elan etməklə yanaşı, o vaxta qədər Rusiya dövləti tərəfindən yasaq edilmiş “Azərbaycan “ sözünü gündəmə gətirir və vətənimizin adını özünə qaytarır. Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti 2 il yaşasa da, Azərbaycanın müstəqilliyini əbədiləşdirdi. Bu mənada ki, o vaxt müstəqil dövlət qura bilməsəydik, sonralar Sovetlər Birliyi tərkibində də, Respublika kimi təmsil olunmağımıza qarant yox idi və Sovetlər Birliyi dağılarkən müstəqilliyimizin bərpası mümkün olmayacaqdı. O “ Bir kərə yüksələn bayraq bir daha yenməz “ deməklə bilirdi ki, bu bayraq keçici olaraq yendirilsə də, gələcək nəsillər onu başı üzərində qaldıracaq və yaşadacaqdır. ( Rəsulzadənin bu fikrini çağdaş tariximizdə, 1988-ci il ilk dəfə Azərbaycanın Güneyindən olan Məhəmməd Hatəmi yenidən gündəmə gətirərək, onun yolunun davam edəcəyini bildirdi ). 1920-ci il aprel ayının 25-də Rus qoşunları bizdən sormadan sərhədimizi keçərək Azərbaycanı işğal etdi. Azərbaycan Xalq Cümhuriyyəti devrildi və Rəsulzadə silahdaşları ilə birlikdə həbs edildi. Onu güllələnmə təhlükəsi gözləyirdi. Bu təhlükəni aradan qaldırmaq üçün Heydər Əmioğlu Sovet Azərbaycanının rəhbəri Nəriman Nərimanovla görüşür və “ Məmməd Əminin başından bir tük əskik olmamalıdır “ deyir. Bundan sonra Nərimanov Rəsulzadəni Bakıya (Bayıl tirməsinə ) gətizdirərək rəsmi olaraq bildirir ki, Məmməd Əmin Rəsulzadənin Təhlükəsizliyini qorumaq üçün onu mərkəzə gətirmişlər. 1920-ci il noyabr ayında qatarla Tiflisdən Moskvaya gedən Stalin Bakıda olarkən vaxtilə onu ölümdən qurtaran və köhnə dostu Məmməd Əminin sorağın tutur. Onun Bayıl Tütməsində olduğunu biləndən sonra Stalin , bir başa oraya gedir və Məmməd Əmini özü ilə Moskvaya aparır. Rəsulzadə iki il Moskvada Xalqlar Komissarı kimi çalışır və nəhayət Sovetlər Birliyini tərk edərək Finlandiya keçir. Sonralar o Türkiyə, Almaniya və Polşada yaşayır. 1955-cı il mart ayının 6-sı Ankarada vəfat etmişdir. Müstəqil Dövlətimizin banisi Məmməd Əmin Rəsulzadədən bizə Müstəqil Dövlət, Müstəqillik ideyası və Müstəqil dövlətimizin tarixini daşıyan çoxsaylı elmi, fəlsəfi, tarixi və ədəbi əsərlərdən ibarət zəngin bir irs qalmışdır. O siyasi fəlsəfə üzrə mütəxəssis və fikir sahibi idi. Sosializm və qərb ölkələrinin ictimai siyasi proseslərini dərindən bilirdi. Rəsulzadənin əsərləri uzun illər məşhur alimlərin axtarış mövzusu olmuşdur. Azərbaycan milləti Rəsulzadənin əməlləri, əsərləri və eyni zamanda onun haqda əcnəbi alimlər tərəfindən yazılmış əsərlərlə fəxr edir. Rəsulzadə şərq aləmində 20-ci əsrin qabaqcıl və aparıcı ziyalılarındandır. O, eyni zamanda 20 əsr Azərbaycan dövlətçiliyinin həm nəzəri əsaslarının formalaşdırmış, həm də müstəqil dövlətimizin memarı, banisi və qurucusudur. Rəsulzadə və fikirdaşları milli mənəvi dəyərlər baxımından Azərbaycanın ən zəngin və kübar çağlarında yetişmişdi. Millət bu şəxsiyyətləri yetirməklə onlardan öz xilasını gözləyirdi və onlar millətin xilaskarına çevrildi. Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti dövründə, insanlar vətəndaş hüququndan və fərdi azadlıqdan faydalanaraq, sərbəst siyasi və ictimai fəaliyyət göstərmişlər. Rəsulzadə və onun milli kadr ordusu böyük əxlaq, fəzilət və kamal sahib idi. Rəsulzadə dövlətində rüşvət, korrupsiya, xalqın və dövlətin əmlakına xor baxan dövlət və hökumət adamı olmamışdı. Millətin mənəvi zənginliyi ilə öyünən Məmməd Əmin Rəsulzadənin kabinəsi və milli kadr ordusu və dövlət adamları bu zənginlikdən yoğurulan şəxsiyyət sahibi idilər. Milləti , yalnız Məmməd Əmin Rəsulzadə kimi alim, adil və alicənab şəxsiyyətlər qurtara bilər. Mənəvi zənginliyi, dühası, zəkası və alicənablığı ilə bütün mühitinə təsir edən, hətta qonşu ölkələrin ziyalılarını mütəəssir edən bu şəxsin yeri və rolu 20-ci əsr dövlətçilik tariximizdə əvəz olunmazdır. http://www.azr.baybak.com/il_2008_say_2463.azr

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar