SON XƏBƏRLƏR

AKP hökumətindən növbəti rəzalət

2021.10.20, 07:36
AKP hökumətindən növbəti rəzalət

Gunaz.tv
AKP hökumətindən növbəti rəzalət babacan1.jpg Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistan diplomatlarıyla məxfi danışıqların aparıldığını etiraf etdi Türkiyənin Xarici İşlər naziri Əli Babacan erməni diplomatlarıyla görüş xəbərini təsdiqləyib. Türkiyənin "Hürriyyət" qəzeti yazırdı ki, iyulun 8-də İsveçrədə türk və erməni diplomatlarının görüşü olub. Əli Babacan iyulun 18-də İranın xarici işlər naziri Manuçöhr Müttəki jurnalistlərlə söhbətində deyib ki, onun tapşırığına əsasən erməni diplomatlarla ara-sıra görüşlər keçirilib. Bu görüşlərdə yüksək rütbəli türk rəsmiləri iştirak edirlər. Azərbaycan ərazilərinin işğalından ümumiyyətlə söz açmayan Babacan bildirib ki, Ermənistanla Türkiyənin 1915-ci il hadisələriylə bağlı fikir ayrılıqları var və Ankara problemin dialoqla həll olunması tərəfdarıdır. Murad Yenigün "Türkiyə erməni diplomatlarla görüşləri davam etdirəcək". Xatırladaq ki, Türkiyə və Ermənistan hökumətləri arasında gizli danışıqların başlamasını ilk olaraq "Hürriyyət" qəzeti yazıb. Qəzetin məlumatına görə, iyulun 8-i İsveçrədə erməni və türk diplomatlarının görüşü olub. Türkiyə nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatı rəhbərlik edib. Amma "Hürriyyət" qəzeti türk və erməni rəsmilərinin görüşündə hansı məsələnin müzakirə olunduğunu açıqlamayıb. Serj Sarksyan, seçkilərdən sonra Rusiyanın "Rossiyskaya qazeta" dərgiyisinə verdiyi müsahibədə, rəsmi Ankara ilə heç bir şərt olamadan diplomatik görüşlər keçirməyə hazır olduqlarını bildirmişdi. Sarkisyanın, "diplomatik yollardan istifadə edərək problemlərimizi həll edə bilərik"sözləri diqqət çəkmişdi. 10 gün öncə isə "The Wall Street Journal" qəzetində nəşr olunan müsahibəsində Sərkisyan Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması üçün "açıq qapı" yarandığını və iki ölkə arasındakı münasibətlərin normallaşdırılmasından başqa bir yolun olmadığını vurğulamışdı: "Ümidim var ki, hökümətlərimiz bu açıq qapıdan keçə bilər". Türkiyənin Baş Naziri Rəcəb Tayyip Ərdoğanın "qondarma erməni soyqırımı" iddialarının, ortaq komissiya təşkil olunaraq araşdırılması təşəbbüsünü də cavablandıran Sarkisyan, münasibətlərin normallaşacağı təqdirdə bunun reallaşa biləcəyini bildirmişdi. Münasibətlərin normallaşması barədə danışan Sarkisyan "indi fəaliyyətə keçmək üçün cəsur və düşünülmüş hərəkət etməliyik. Ermənistan və Türkiyə əbədi düşmən ola bilməz və olmamalıdır" demişdi. Sarkisyan, iki ölkənin işbirliyi nəticəsində, tarixi Qərb-Şərq dəhlizinin açılmasına nail ola biləcəyini də dilə gətirmişdi: "Münasibətlərimizi normallaşdırmaq və Türkiyə-Ermənistan sərhədinin açılması üçün, Türkiyə dövləti və xalqına yeni bir dialoq təklif edirəm". Ekspertlər hesab edirlər ki, İsveçrədəki gizli görüşlərin keçirilməsində ABŞ-ın da təsiri olub. Sarkisyanın bu açıqlamalarından sonra, Türkiyənin də bu yöndə addımlar ata biləcəyi bildirilir. Müzakirələrdən ABŞ və Avropa Birliyinin üzvü olan bəzi ölkələr də məlumatlandırılıb. Sarkisyan bu açıqlamalarla kifayətlənməyərək, Türkiyə prezidenti Abdulla Gülü 2010 Dünya Çempionatı qrup oyunları çərçivəsində 6 sentyabr 2008-ci ildə İrəvanda keçiriləcək Ermənistan-Türkiyə oyununa dəvət edib: "Bu səfər, münasibətlərimizdə rəmzi də, olsa yeni bir başlanğıc olar". Serj Sarkisyan hesab edir ki, türk həmkarı Abdulla Gül onun dəvəti əsasında Türkiyə və Ermənistan milli futbol komandalarının İrəvanda keçiriləcək qarşılaşmasını izləməyə gəlsə, bu, iki ölkə münasibətlərin simvolik startı olacaq. Sarkisyanın bu ismarıcları, məxfi keçirilən və yalnız indi üzə çıxan görüşlərdən sonra Abdulla Gülün İrəvana gedib-getməyəcəyi maraqla gözlənilir. Xarici İşlər Nazirliyindən isə bunun cavabının hələ çox tez olduğu bildirilir. Eyni zamanda da qeyd olunur ki, matçla bağlı səfər rəsmi xarakter daşımadığı üçün olmadığı üçün, onun reallaşa biləcəyi istisna deyil. Türkiyə və Ermənistan arasında məxfi şəkildə həyata keçirilən rəsmi və qeyri rəsmi əlaqələrin qurulması prosesi artıq bir neçə ildir ki, davam edir. Türkiyə mətbuatının açıqladığı son məlumatlara əsasən, hazırda bu ölkədə 70 minə yaxın Ermənistan vətəndaşı çalışır. İki ölkə arasında rəsmi diplomatik münasibətlərin olmamasına rəğmən, Ermənistan vətəndaşlarının Türkiyədə sərbəst şəkildə hərəkət etmələri və fəaliyyət göstərmələri üçün hökumətin xüsusi göstərişi olduğu bildirilir. Bu il Ermənistan vətəndaşlarının Türkiyənin turizm bölgələrində çalışmaları və istirahət etmələri üçün də geniş şərait yaradılıb. Belə ki, mövsümün sonunadək Türkiyənin Antalya, Bodrum və digər bölgələrinə 60 mindən çox erməni turistinin gələcəyi proqnozlaşdırılır. Erməni mənşəli iş adamlarının Ermənistan və Rusiya da daxil olmaqla postsovet məkanında fəaliyyət göstərən turizm şirkətləri Türkiyənin oxşar qurumları ilə yaxından əməkdaşlıq edir. Rəsmi Ankaranın inkaredici bəyanatlarına baxmayaraq, hər iki ölkə mediası Ermənistanla Türkiyə arasında ticarət dövriyyəsin 200 milyon dollara çatdığını yazır. Qeyd edək ki, "Xalq Cəbhəsi" qəzeti Ermənistan diplomatları ilə məxfi görüşlərdə iştirak edən Türkiyə təmsilçiləri barədə ciddi məlumatlar əldə edib. Azacıq səbr edin və onların kimliyi barədə sizi məlumatlandıracağıq. Öncə onu bildirək ki, "Xalq Cəbhəsi" qəzeti hələ 2 il öncə Türkiyə-Ermənistan münasibətlərinin məxfi tərəfləri barədə tutarlı faktlara və fotoşəkillərə əsaslana məlumat yayımlamışdı. O zaman Ermənistanın rəsmi dairələri, erməni əsilli iş adamları və diaspor təmsilçiləriylə görüşlər keçirən yüksək rütbəli məmurların adlarını da açıqlamışdıq. Əldə etdiyimiz məlumata görə, Ermənistan diplomatları, iş adamları, qeyri-hökumət təşkilatlarıyla görüşlərin keçirilməsində əlaqələndirici funksiyasının Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz və Mərkəzi Asiya üzrə direktorluğu həyata keçirir. Berndə keçirilən görüşdə də məhz bu qurumun rəhbərliyi, Türkiyə xarici işlər nazirliyinin müstəşarlarından biri və Türkiyənin Almaniyadakı səfiri iştirak ediblər. Görünür AKP hökuməti ölkə daxilində itirilən nüfuzunu kompensasiya etmək üçün, xarici amillərdən daha ciddi şəkildə yararlanmaq fikrinə düşüb və indiki məqamda ən əlverişli saydığı "erməni kartı"nı ortaya atır. Olsun! Hər halda bu gün qardaş ölkədə hakimiyətdə olan konkret şəxslərin mövqeyinə görə baş verənlərin gölgəsini Türkiyə Cümhuriyyətinin üzərinə salmaqdan çox uzağıq. Bununla yanaşı, hesab edirik ki, rəsmi Ankaranın "yeni" baxışlarının Bakıda da nəzərə alınması məqsədəuyğun olardı. Baş verənlərə Azərbaycanda da münasibət birmənalı deyil. Hökumət rəsmiləri mümkün qədər səbrli davranır, siyasi partiyaların təmsilçiləri isə hadisələrin manevr xarakterli olduğunu bildirirlər. Bir çoxlarının qənaətinə görə, Ermənistanla diplomatik təmaslar Türkiyə ilə bu ölkə arasında sərhədlərin açılmasına gətirib çıxarmayacaq. Bir kimsəni sədalöhvlükdə, yaxud ehtiyatlı davranmaqda günahlandırmaq niyyətimiz yoxdur. Ancaq bütün bunların qarşılığında ortalığa təbii bir sual çıxır: Sərhədlərin qapalı olduğuna əminsinizmi? P.S. Azərbaycanın media qurumlarının, xüsusilə də TV-lərin nəzərinə: Daha özünüzü əldən salıb ""Sarı gəlin"i erməni musiqisi kimi təqdim etdilər", nə bilim "Bülənd Ərsoy belə danışdı", "Uğur Dindar elə konuşdu" deməyin. Sizin əndişələrinizin Türkiyənin dini-siyasi və mədəni elitası üçün bir iynə ucu böyüklükdə də önəmi yoxdur. Çünki İstanbul küçələrində "hamımız erməniyik" rəzalətini stimullaşdıranlar və buna göz yumanlardan yüksək dəyərlər gözləməyə dəyməz. Bu gün təəssüf ki, bizdə olduğu kimi Türkiyədə də özünü bəlli olmayan səbəbdən Avropa (Qərb) qarşısında "təmizə çıxarmaq" üçün erməni sabunuyla yuyunanların sayı yetərincədir. Türk türkə dəstək... Qulp olmasın, yetər! xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar