SON XƏBƏRLƏR

Avropada Dağlıq Qarabağın statusu ilə bağlı vahid rəy yaranmayıb. MÜSAHİBƏ

2021.10.20, 07:36
Avropada Dağlıq Qarabağın statusu ilə bağlı vahid rəy yaranmayıb. MÜSAHİBƏ

Gunaz.tv
«Avropada Dağlıq Qarabağın statusu ilə bağlı vahid rəy yaranmayıb» j1kuryjd.jpg Sabina Freyzer: «Ümumi razılaşdırılmış mövqe yoxdur ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olsun, yoxsa müstəqil dövlətə çevrilsin» Beynəlxalq Böhran Qrupunun Avropa üzrə proqram direktoru Sabina Freyzer day.az saytına müsahibəsində Qarabağda Kosova variantının mümkünlüyünə işarə edib. - Necə bilirsiniz, Avropa Birliyi bu gün Rusiyanın və ABŞ-ın iştirakı olmadan Dağlıq Qarabağ münaqişəsini nizamlamağa qadirdirmi? - Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində daha vacib rol oynaya bilər? Hazırda Avropa Birliyini ATƏT-in Minsk Qrupunda Fransa təmsil edir, ancaq Avropa Birliyinin xüsusi nümayəndəsi müşahidəçi funksiyalarını (xüsusilə tərəflər arasındakı danışıqlarda) yerinə yetirə bilərdi. Avropa Birliyinin xüsusi nümayəndəliyi və Avropa Komissiyası həmçinin Dağlıq Qarabağ nizamlaması daxilində və onun ətrafında etimad atmosferinin yaradılması məqsədilə xüsusi layihələr düşünə bilər. Belə layihələr Gürcüstanda həyata keçirilib. Ancaq Avropa Birliyinin tərəflərdən hansınısa dəstəkləyəcəyi az inandırıcıdır. - Sizin fikrinizcə, Avropa Birliyi Dağlıq Qarabağ nizamlamasının hansı variantına üstünlük verir – Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, yaxud müstəqil dövlət kimi? - Avropa Birliyinin üzvü olan dövlətlər üçün münaqişənin həllində ciddi rol oynamaq problematikdir. Çünki onların ümumi razılaşdırılmış mövqeyi yoxdur ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olsun, yoxsa müstəqil dövlətə çevrilsin. Bütövlükdə Avropa Birliyinin üzvü olan dövlətlər separatçı hərəkatları sevmirlər və sərhədlərin dəyişdirilməsindən qaçmağa üstünlük verirlər. Avropa Birliyi üzvü olan dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, ancaq bu, o demək deyil ki, onlar Dağlıq Qarabağın sakinlərinə öz gələcək statuslarını müəyyənləşdirmək hüququnun verilməsinin əleyhinədirlər. - Necə bilirsiniz, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına qoşula bilərmi? Nə üçün Minsk Qrupunun həmsədrləri münqişənin həlli prosesinə Avropa Birliyinin və BMT-nin qoşulmasını istəmir? - Minsk Qrupunun həmsədrləri Avropa Birliyinin münaqişənin həllində daha mühüm rol oynamasının əleyhinə deyillər. Səfir Fasye Avropa Birliyi üzvü olan dövlətləri danışıqların gedişi haqqında müntəzəm olaraq məlumatlandırır. Avropa Birliyinin xüsusi nümayəndəsinin rolu da tədricən artır. Hərçənd, sözün doğrusu, inanmıram ki, Avropa Birliyinin üzvü olan hansısa dövlət bu prosesdə daha aktik iştirak etmək və Minsk Qrupunu əvəz etmək istəsin. BMT-nin münaqişənin həllində rolunun artırılması mümkündür, amma paralel iki vasitəçinin və paralel iki danışıqlar prosesinin olması işin xeyrinə deyil. - Amerikalı həmsədr Metyu Brayza deyib ki, Qarabağ münaqişəsinin həllinə dair çərçivə sazişində demək olar ki, bütün prinsiplər razılaşdırılıb. Sizcə, hansı prinsiplər razılaşdırılmamış qalıb? - Mən əminəm ki, ATƏT-in MQ-nun tərəflərlə birlikdə işləyib hazırladığı prinsiplər irəli hərəkət etmək üçün ən yaxşı yoldur. Azərbaycan çərçivə sazişinin baza prinsiplərinə 7 rayonun azad edilməsi və məcburi köçkünlərin öz evlərinə qayıtması haqda bəndlərin daxil olunması üçün mümkün olan hər şeyi edib. Əsas fikir ayrılığı Dağlıq Qarabağın mümkün statusu ilə bağlıdır. Ermənistan israr edir ki, Dağlıq Qarabağın müstəqilliyinin mümkünlüyü baza prinsiplərinə daxil edilsin, Azərbaycan bunun qəti əleyhinə çıxır. Şəxsən mən hesab edirəm ki, Dağlıq Qarabağın statusu sonraya – azərbaycanlılarla ermənilər arasında qarşılıqlı inam yaranan zamana saxlanmalıdır. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar