SON XƏBƏRLƏR

Azərbaycanlılarla birlikdə Qaşqay və Xorasan türkləri də selə məruz qalan türkmənlərə yardım etməyə çağırır – VİDEO

2021.10.20, 07:36
Azərbaycanlılarla birlikdə Qaşqay və Xorasan türkləri də selə məruz qalan türkmənlərə yardım etməyə çağırır – VİDEO

Gunaz.tv

GünAz TV: “Türkmən səhra” bölgəsi sel fəlakəti ilə üzləşdikdən sonra İranda türk xalqlarına mənsub fəallar hər kəsi türkmən qardaşlarına yardım etməyə çağırır.

 

Bu istiqamətdə Azərbaycan, Qaşqay və Xorasan türkləri xüsusi aktivlik göstərir.

 

Şirazda Qaşqay türklərinə mənsub fəallar yardım toplama kampaniyası təşkil edərək nağd pul, əşya və ərzaq məhsullarının aşağıda qeyd olunan bank hesabı və adresə göndərilməsini istəyiblər.

 

https://www.youtube.com/watch?time_continue=39&v=y2APl8n7N4M

 

Oxşar kampaniya Xorsan türkləri tərəfindən keçirilir. Sel fəlakəti ilə üzləşən türkmənlərə yardım etmək istəyən soydaşlarımız aşağıdakı videoda qeyd olunan adresə müraciət edə bilərlər.

 

https://www.youtube.com/watch?time_continue=3&v=qJK8T3Eo-vk

 

 

İran dövləti türkmənlərə düzgün yardım etməkdə tərəddüd etdiyi bir vaxtda Azərbaycan türkləri də yardım toplama kampaniyası keçirir. Sel bölgəsinə əhali tərəfindən göndərilən birinci yardım karvanı Güney Azərbaycanın Ərdəbil şəhərindən olub.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar