SON XƏBƏRLƏR

Nazir: Kanada Azərbaycanın ərazi bütövlüyünü və Xocalı qətliamını faciə kimi tanıyır

2022.04.02, 09:50
Nazir: Kanada Azərbaycanın ərazi bütövlüyünü və Xocalı qətliamını faciə kimi tanıyır

Gunaz.tv

Bu fikirlər Kanadanın xarici işlər naziri Melani Jolinin bu ölkədəki azərbaycanlı icmanın yerli hökumətə ünvanladığı petisiyaya cavabında yer alıb.

“Kanada BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair bütün qətnamələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır”, - nazirin azərbaycanlı icmaya cavabında bildirilib.

Qeyd edilir ki, Kanada sərhədlərin demarkasiyası və delimitasiyasının ikitərəfli mexanizmlərinin yaradılması, həmçinin Ermənistan və Azərbaycan arasında regional əlaqə əlaqələrinin bərpası kimi mühüm etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üzrə liderlər səviyyəsində dialoqun davam etdirilməsini təşviq edir.

“Kanada regiona sülh və sabitliyin gətirilməsi istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edəcək və bu səylərə töhfə verməyə hazırdır”, - nazir əlavə edib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar