SON XƏBƏRLƏR

Bakı-Tiflis-Qars nəqliyyat dəhlizi tərəflərə bir milyard dollara başa gələcək?

2021.10.20, 07:36
Bakı-Tiflis-Qars nəqliyyat dəhlizi tərəflərə bir milyard dollara başa gələcək?

Gunaz.tv
Bakı-Tiflis-Qars nəqliyyat dəhlizi tərəflərə bir milyard dollara başa gələcək? 20080731091451_1.jpg Dəhlizin Marabda-Axalkalaki hissəsinin yenidənqurulması ilə bağlı Ukrayna layihə institutunun hazırladığı təkliflər qəbul olunmayıb. “Yeni Şərq”in ANS televiziya kanalına istinadən verdiyi məlumata görə, Bakı-Tiflis-Qars nəqliyyat dəhlizinin işə düşməsi tərəflərə ən azı bir milyard dollara başa gələcək. Bu vəsaitlə 101 km uzunluğunda yeni yol çəkiləcək, dəmir yolunun Gürcüstan hissəsinin 160 km-lik hissəsində yenidənqurma işləri aparılacaq və sərhəddə təkər cütlüklərinin dəyişdirilməsi stansiyası inşa olunacaq. Dövlət Dəmir Yolunun baş mühəndisi Qurban Nəzirovun sözlərinə görə, dəhlizin Marabda-Axalkalaki hissəsinin yenidənqurulması ilə bağlı Ukrayna layihə institutunun hazırladığı təkliflər qəbul olunmayıb. Qurban Nəzirov bildirib ki, layihə yaxşı işlənib. Ancaq müəyyən maliyyə çərçivəsindən bir az çoxdur. "Biz müəyyən etirazlarımızı bildirdik və hesabatın yenidən işlənməsini təklif elədik. Eyni zamanda, orada layihə qiyməti yük həcmi 15 milyon tona nəzərdə tutulub. Ancaq bu gün o yolun texniki göstəricilərini götürsək 3-5 milyon ton yükün daşınması üzərində işlənməlidir. Ona görə də hesabatlara yenidən baxılır və bununla əlaqədar biz Nəqliyyat Nazirliyinə də müəyyən təkliflərimizi demişik. Yəqin ki, bu plan çərçivəsində də həmin hesabat yenidən işlənəcək». Yeni Şərq 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar