SON XƏBƏRLƏR

Bostanabadın 21 tarixi əsəri ölkənin milli irs siyahısında qeydə alınıb

2021.10.20, 07:36
Bostanabadın 21 tarixi əsəri ölkənin milli irs siyahısında qeydə alınıb

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycanın Bostanabad şəhərinda 21 tarixi əsər İranın milli irs siyahısına daxil edilib.

 

Bu barədə Bostanabad Şəhər İcra Hakimiyyəti başçısı Musəvi Hüseyni Novruz bayramı səfərlərini asanlaşdırma üzrə mərkəzin keçirdiyi iclasda danışıb.

 

“Bostanabadın 21 tarixi əsəri ölkənin milli irs siyahısına daxil edilib. İlin əvvəlindən (hicri-şəmsi təqvimi ilə 1396-cı il) 42 min nəfərdən çox turist bu şəhərin tarixi məkanlarını ziyarət edib. Biz çalışırıq ki, turistlərin sayı 100 minə çatsın”- deyə o bildirib.

 

Şəhərin coğrafi mövqeyini yüksək qiymətləndirən Musəvi Hüseyni qeyd edib ki, bölgənin potensial imkanlarını tanıtdırmaq məqsədi ilə Novruz bayramı ərəfəsində məntəqənin kənd əhalisi və elat (əşayir) tayfalarına aid əl işləri sərgisi keçiriləcək.

 

Şəhər İcra Hakimiyyəti başçısı bölgənin turizm sahəsi ilə əlaqədar bəzi problemlərə işarə edərək bildirib ki, iş fəsli başlayınca bölgənin əsas turizm qütbü sayılan Xoşknab  kəndinin yolu asfalt ediləcək.

 

Musəvi Hüseyni sözlərinin sonunda Bostanabadın klassik fətirinin ölkənin mədəni və mənəvi irs siyahısına daxil edilməsi ilə bağlı işlərin yekunlaşdığını diqqətə çatdırıb.  O bildirib ki, şəhərdə yeni iş fürsətləri yaratmaq məqsədi ilə fətirin daha çox istehsalı nəzərdə tutulub, məhsul digər şəhərlərə ixrac ediləcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar