SON XƏBƏRLƏR

Əri həbs olunmuş təbrizli bəhai xanım təhlükəsizlik idarəsinə çağırılıb

2022.01.22, 12:39
Əri həbs olunmuş təbrizli bəhai xanım təhlükəsizlik idarəsinə çağırılıb

Gunaz.tv

Qeyd edək ki, bir neçə gün bundan öncə onun həyat yoldaşı Sina Şəhri təhlükəsizlik məmurları tərəfindən həbs olunub.

Nigar Nəsirinin təhlükəsizlik şöbəsinə çağırılması barədə əlavə məlumat verilməsə də onun həbs edilən həyat yoldaşı ilə bağlı dindiriləcəyi ehtimal edilir.

Xatırladaq ki, yanvarın 18-də təhlükəsizlik məmurları Sina Şəhrinin evində qanunsuz olaraq məhkəmə hökmü olmadan axtarış aparıb, ona məxsus bir neçə şəxsi əşyanı götürüblər.

Sina Şəhrinin nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib. Ehtimal edilir ki, onun həbs edilməsinə səbəb bəhai təriqətinə mənsub olmasıdır.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
 
İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

C.E

هشدار مقام قضایی به افرادی که «با بهاییان ارتباط می‌گیرند»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar