SON XƏBƏRLƏR

Bu gün(20 iyun) Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin növbəti iclası keçiriləcək

2021.10.20, 07:36
Bu gün(20 iyun) Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin növbəti iclası keçiriləcək

Gunaz.tv
Bu gün Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin növbəti iclası keçiriləcək Bu gün Brüsseldə (Belçika) Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin növbəti, IX iclası keçiriləcək. Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, iclasda Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov, eləcə də Avropa İttifaqının Azərbaycan üzrə fəaliyyət planının icrasında iştirak edən adiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər. İclas çərçivəsində əsasən regional və enerji sahəsində əməkdaşlıq, Avropa İttifaqının Azərbaycan üzrə fəaliyyət planının icrası və digər məsələlər müzakirə olunacaq. Qeyd edək ki, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi 2000-ci ildən fəaliyyət göstərir və bu günədək Komitənin 8 iclası keçirilib. ------------------------------------------------------------------------- Jurnalistlərin V qurultayı başlayıb Bu gün Bakıda Azərbaycan jurnalistlərinin V qurultayı keçirilir. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. Daha sonra qurultayda Əflatun Amaşov, Elçin Şıxlı, Bəxtiyar Sadıqov, Rəşad Məcid və Vaqif Səfərlidən ibarət sədarət seçilib. Həmçinin, 5 nəfərdən ibarət say komissiyası müəyyənləşdirilib. Komissiyanın üzvləri Akif Cabbarlı, İlham Ələsgərov, Tahir Rüstəmov, İsmayıl Hacıyev və Rəfiqə Hüseynovadır. Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov prezident İlham Əliyevin salam və təbrikini jurnalistlərə çatdırıb. Qurultay davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar