Edama məhkum güneyli alim beynəlxalq mükafata layiq görülüb

24.10.2021, 10:26

İsveç vətəndaşı olan Güney azərbaycanlı alim Əhmədrza Calali beynəlxalq mükafata layiq görülüb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə  hazırda Tehranın “Evin” zindanında saxlanılan və barəsində ölüm hökmü çıxarılan güneyli alimin həyat yoldaşı Vida Mehraniya mediaya açıqlamasında bildirib.

Onun verdiyi məlumata görə, Ə.Calali beynəlxalq “Academic Freedom” mükafatına layiq görülüb.

Vida Mehraniya bildirib ki, həyatı yoldaşı adından mükafatı almaq üçün ona müraciət olunub.  Ancaq koronavirus  pandemiyası ilə əlaqədar karantin məhdudiyyətlərinə görə Brüsselə gedə bilməyib.
Onun sözlərinə görə, mükafatı bu həftə Əhmədrza Calalinin nümayəndəsi olaraq professro Karolayn Pavelz alacaq.

Qeyd edək ki, “Academic Freedom” mekafatı Belçika Universitet Professorları Assosiasiyası tərəfindən təqdim edilir.

Mükafat alimlərin həbsə atılmamasını, azad şəkildə tədqiqatlarını davam etdirməli olduğunu simvolizə edir.

Bundan öncə oktyabrın 17-də Beynəlxalq Əfv Təşkilatı güneyli alimlə bağlı yeni bəyanat yayıb.

Bəyanatda İran hökumətindən Əhmədrza Calalinin barəsində çıxarılan edam hökmünün ləğv olunması və alimin dərhal azadlığa buraxılması istənilib.

Professor Ə.Calali İsveç vətəndaşıdır, o İranda "Mossad”a casusluq ittihamı ilə edama məhkum olunub və hazırda Tehranın Evin zindanında həbsdədir. Alim özünə qarşı irəli sürülən ittihamı dəfələrlə rədd edib, ittihamın heç bir əsası olmadığını bildirib. 

Deyilənlərə görə, o Avropa ölkələrinə qarşı SEPAH-ın casusluq layihələrinə qatılmaqla bağlı təklifi rədd etdiyi üçün rejimin qəzəbinə tuş gəlib.

Bundan əvvəl BMT azərbaycanlı aliminin səhhəti ilə bağlı İran hökumətinə xəbərdarlıq edib, həmçinin müxtəlif ixtisaslar üzrə 121 nobel mükafatı laureatı onun azadlığa buraxılmasını tələb edib.

Ə.Calali İranda tibbi universitetində təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb. O 2009-cu ildə təhsilini davam etdirmək üçün İsveçə gedib.

Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.
 
Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir. 

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum edilib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə çoxlu məhdudiyyətlər qoyulub. 

Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası da keçirib.
 
Azərbaycanlı alimın "cinayət işi" İranda müəyyən məhbuslara qarşı saxta ittihamla quraşdırılan bədnam "dosye"lərdən biridir.

Dosyedə ziddiyyətlərin olduğu ilə bağlı çoxlu faktların üzə çıxdığı bildirilir.

C.E  
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Tanınmış ekoloq Urmu gölü ətrafında yaranan duz fırtınasından danışıb

2021-12-02

gun az article

Qərbi Azərbaycanda xarici vətəndaşları girov götürən dəstə üzvləri saxlanılıb

2021-12-02

gun az article

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirib-FOTOLAR

2021-12-02

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının əksəriyyəti işsizdir

2021-12-02

gun az article

Urmu şəhərinin havası bütün yaş qrupları üçün təhlükəli elan edildi

2021-12-02

gun az article

Urmu gölü ətrafında duz qasırğası əhalini təşvişə salıb-VİDEO

2021-12-02

gun az article

Tehranda türk adlarına qarşı "soyqırım": Tanınmış şəxsiyyətlərin adları küçələrdən götürülür

2021-12-02

gun az article

Ərdəbildə Abbas Lisaniyə dəstək aksiyası keçirilib

2021-12-02

gun az article

Hökumət məmurları milli fəal Əkbər Muhacirinin evinə basqın edib

2021-12-02

gun az article

Kəleybərdə tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-12-01

gun az article

Təbrizdə ekoloji çirklilik davam edir

2021-12-01

gun az article

Urmu etiraz: Narazılar valiliyin qarşısına toplaşdı

2021-12-01

gun az article

İran hökuməti Muğana diqqət ayırmır: Mərkəzi Kitabxananın tikintisi yarımçıq qalıb

2021-12-01

gun az article

"Türkiyə və Azərbaycanla normal münasibətlər qurulmalıdır"-Təbrizli deputatdan hökumətə çağırış

2021-12-01

gun az article

Əhərin nümayəndəsi Qaradağ mədənlərinin talandığını deyib

2021-12-01

gun az article

İranda Azərbaycan adlarının saxtalaşdırılması etiraz doğurdu

2021-12-01

gun az article

Vərziğanda mədən işçiləri etiraz aksiyası keçirib

2021-12-01

gun az article

Tehran həbsxanasında saxlanılan Arəş Cohəriyə təzyiq edilir- Anası videomüraciət yaydı

2021-12-01

gun az article

Ərdəbildə qadınlara qarşı zorakılıq halları artıb

2021-11-30

gun az article

Qəzvinin Balaxanlu su anbarının tikinitisi yarımçıq qalıb-Hökumət pul ayırmır

2021-11-30