SON XƏBƏRLƏR

Dünya Bankı ərzaq probleminin səbəblərini açıqladı

2021.10.20, 07:36
Dünya Bankı ərzaq probleminin səbəblərini açıqladı

Gunaz.tv
Dünya Bankı ərzaq probleminin səbəblərini açıqladı erzaq-prob-db.jpg Bioyanacaq istehsalı dünya ərzaq böhranına səbəb olaraq onun qiymətinin 75 faiz artmasına gətirib çıxarıb. Lent.az-ın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Dünya Bankının gizli hesabatında bildirilir. Qeyd edilir ki, aparıcı iqtisadçılar böhranın səbəblərini ətraflı şəkildə analiz edəndən sonra bu nəticəyə gəliblər. Amma ekspertlərin adı açıqlanmır. Mənbələr qeyd edirlər ki, hələ 2008-ci ilin aprelində hazırlanan sənəd prezident Corc Buşu qıcıqlandırmamaq üçün dərc edilməyib. Amerika hökuməti bildirir ki, bioyanacaq səbəbindən ərzağın qiyməti cəmi 3 faiz artıb. Dünya Bankının məlumatlarına görə, 2005-ci ildən qiymətlər, o cümlədən buğdanın qiyməti iki dəfə artıb və son 30 ildə ən yüksək həddə çatıb. Böhran səbəbindən bir sıra inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Hindistan, Misir, Haiti və Pakistanda üsyanlar baş verib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar