SON XƏBƏRLƏR

İranın bir neçə şəhərində etiraz aksiyaları keçirildi

2024.04.28, 12:50
İranın bir neçə şəhərində etiraz aksiyaları keçirildi

Yük maşınlarının yanacaq kvotasının azaldılmasına görə İranın bir neçə şəhərində etiraz aksiyaları keçirilib.

Gunaz.tv

Tehran, Kirman, Buşehr əyalətinin Usləviyyə, Sistan və Bəlucistan əyalətinin Dəştyari şəhərlərinin yük maşınları və avtobus sürücüləri işi dayandırıblar.

Adı çəkilən şəhərlərin fərmandarlıq binaları qarşısına toplaşan sürücülər yanacaq kvotasının azaldılmasına etiraz edib, məsul şəxslərlə görüşmək istəyiblər.

Fərmandarlıq və başqa aidiyyətli qurumların nümayəndələri onlarla görüşməkdən imtina edib, aksiyanı daıtmaq üçün hadisə yerinə polis qüvvələrini çağırıblar.

Azad İşçilər Birliyinin verdiyi məlumatda bildirilib ki, yük və avtobuslar üçün aylıq 3 min litr yanacaq kvotası 500 litrə qədər azaldılıb və bu nəqliyyat donanmasının bu hissəsinin sıradan çıxmasına səbəb olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar