SON XƏBƏRLƏR

Düşmənin tarixini və dilini öyrən_Azərbaycanda ermənişünaslığın, Qafqazşünaslığın inkişafına ehtiyac yaranıb

2021.10.20, 07:36
Düşmənin tarixini və dilini öyrən_Azərbaycanda ermənişünaslığın, Qafqazşünaslığın inkişafına ehtiyac yaranıb

Gunaz.tv
"Düşmənin tarixini və dilini öyrən" "Azərbaycanda ermənişünaslığın, Qafqazşünaslığın inkişafına ehtiyac yaranıb" ermenistan.jpg Türkiyənin Ali Attestasiya Komissiyası Xarici İşlər Nazirliyi ilə razılaşmadan sonra Nevşehir Universitetinə erməni dili və ədəbiyyatı bölməsi açmaq üçün icazə verib. Bu barədə icazə universitetin ədəbiyyat fakültəsinin dekanı, professor Metin Hülagünün müraciəti əsasında baş tutub. Professorun rəyinə görə, bölmənin yaradılması "ikitərəfli münasibətlərin isinməsinə" və ölkənin mütəxəssislərə olan tələbatının ödənilməsinə yardım edəcək. Nevşehir Universitetində erməni dili və ədəbiyyatı bölməsinə təhsil almaq üçün tələbə qəbulu isə 2009-cu tədris ilindən başlanacaq. Tural Xatırladaq ki, hazırda erməni dili İstanbulun Boğaziçi Universitetində tədris olunur. Mütəxəssislərin fikrincə, rəsmi Ankaranın belə addım atması təəccüb doğuran hal deyil. Əslində düşmənin dilini bilmək vacib məsələdir və Azərbaycanda da ermənisşünaslığın, ümumilikdə, Qafqazşünaslığın inkişafına ehtiyac yaranıb. Politoloq Məhərrəm Zülfüqarlı Bakı Dövlət Universitetində erməni dili ixtisasının fəaliyyətini təqdirəlayiq hal saydı: "Ümumiyyətlə, universitetlərdə istənilən xalqın dili ilə bağlı fakültənin açılması müsbət addımdır. Əgər tələbat varsa, belə addımın atılması müsbət nəticələr verəcək. Amma indiki dövrdə Türkiyəyə erməni dilini bilən türk millətindən olan vətəndaşlar lazımdırsa, kifayət qədər belə mütəxəssis də tapmaq olar". Ermənistandan didərgin düşmüş soydaşlarımızın içərisində erməni dilini və ədəbiyyatını bilən insanların çox olduğunu xatırladan politoloq müvafiq orqanların bundan yararlanmasını vacib saydı: "Yəni çoxlu sayda insan tanıyıram ki, onlar erməni dilində yaxşı danışır, bu nəinki erməni əlifbasını, hətta ədəbiyyatını da yaxşı bilirlər". "Düşmənə qarşı effektli mübarizə aparmaq üçün onu yaxşı öyrənmək" tezisinin sınandığını deyən Məhərrəm Zülfüqarlı rəsmi Bakının da bu məsələ haqqında ətraflı düşünməsini vacib saydı. Ən azı gələcəkdə erməni dilini bilən ayrı-ayrı sahələr üzrə mütəxəssislərə ehtiyac yaranacaq: "Bu tarixən belə olub ki, öz düşməninin tarixini və dilini öyrənən millət daha effektiv mübarizə aparır". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar