Meksikanın anım tədbirində Natəvanın, Arəstə Baxışovanın xatirə guşələri yaradılıb

02.11.2021, 09:20

Meksikanın ən əlamətdar milli günlərindən sayılan və vəfat etmiş insanların xatirəsini yad etmək üçün qeyd olunan Ölülər Günü münasibətilə Mexiko Şəhər hökumətinin təşəbbüsü ilə başladılan, paytaxtın Migel İdalqo bələdiyyəsi ərazisində yerləşən bir sıra səfirliklərin iştirakı ilə keçirilən “Qadınlara həsr olunan xatirə güşələri” adlı tədbirlərdə Azərbaycan da iştirak edib.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, bu münasibətlə Səfirlik ərazisində qədim Meksika ənənələrinə uyğun olaraq yaradılmış xatirə guşəsində Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan, 44 günlük Vətən müharibəsinin xanım şəhidi Arəstə Baxışova və Gəncə şəhərinə edilmiş raket hücumları zamanı həlak olmuş azyaşlı Narin Xalıqovaya həsr olunub.

Xanım soydaşlarımızın şəkillərinin yer aldığı xatirə guşəsi həm Azərbaycan, həm də Meksika mədəniyyətinə xas özəllikləri özündə ehtiva edib, bu xüsusda Ölülər Günü ilə bağlı yerli Meksika adətləri ilə yanaşı, xalqımıza məxsus milli ornamentlərdən istifadə olunub, habelə qonaqlara milli anım adətlərimizə uyğun olaraq halva paylanılıb.

Paytaxt Mexikonun ən aparıcı rayonu olan Migel İdalqo bələdiyyəsinin (ölkə ÜDM-nin 3%-i formalaşdırır) başçısı, Mexiko şəhər hökumətinin rəsmiləri, KİV təmsilçiləri, QHT nümayəndələri, gənclər təşkilatları və şəhər sakinlərinin iştirakı ilə baş tutmuş tədbirdə qonaqlara xatirə guşəsinin həsr olunduğu xanım soydaşlarımız, habelə milli anım adətlərimiz, Azərbaycanın xalçaçılıq, misgərlik və digər dekorativ sənət növləri, milli geyimlərimiz, eləcə də musiqi və ədəbiyyatımız haqda məlumat verilib, bu xüsusda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin qeyd edildiyi söylənilib və şairin zəngin ədəbi irsi haqda danışılıb. Xatirə guşəsinin iki gün ərzində ziyarətçilər üçün açıq olması nəzərdə tutulub.

Bir gün öncə isə Səfirliyin təşəbbüsü və Mexiko şəhəri hökumətinin dəstəyi ilə uzun illər Meksika prezidentlərinin iqamətgahı olmuş, hazırda mədəniyyət mərkəzi kimi fəaliyyət göstərən Los Pinos sarayında Ümummilli lider Heydər Əliyev və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş guşə yaradılıb və cari həftə ərzində şəhər sakinləri tərəfindən böyük maraqla ziyarət edilməkdədir.

Bununla yanaşı, Ölülər Günü ilə bağlı Meksika federal hökuməti tərəfindən təşkil edilmiş anım paradında Azərbaycan milli bayrağı paytaxt Mexikonun əsas toplanış mərkəzi olan Konstitusiya Meydanında gəzdirilib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Rusiya və KTMT-nin ordusundan Azərbaycan əleyhinə istifadə etmək qadağandır” – KTMT-nin sabiq baş katibindən etiraf

2021-11-26

gun az article

ABŞ səfiri: “Biz regionda dayanıqlı sülhün bərqərar olmasına tərəfdarıq”

2021-11-22

gun az article

ABŞ-da erməni icmasının rəhbərlərindən olan Riçard Ayvaziyan və həyat yoldaşı milyonlarla dollar oğurluq üstündə axtarışa verilib

2021-11-21

gun az article

Hikmət Hacıyev: “Müqaviləni imzalamaqla regionda sülhü təmin edə bilərik”

2021-11-06

gun az article

Sahibə Qafarova Türkiyə parlamentinin sədrinə təbrik məktubu göndərib

2021-10-29

gun az article

KİV: "Moskvada Azərbaycan və Ermənistan arasında 2 sənəd imzalanacaq"

2021-10-23

gun az article

İlham Əliyev: "17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq"

2021-10-17

gun az article

Ermənistan İrana yeni səfir göndərdi

2021-10-13

gun az article

İsrailli politoloq: "Azərbaycanın müstəqil xarici siyasəti İranı qıcıqlandırır"

2021-10-08

gun az article

Türkiyə səfiri general Polad Həşimovun anası ilə görüşdü –FOTOLAR

2021-10-05

gun az article

Müharibə əlillərinə daha bir güzəşt tətbiq edilir

2021-09-30

gun az article

ABŞ Asiyadakı Rusiya hərbi bazalarından istifadəni araşdırır

2021-09-30

gun az article

İtaliya hökuməti iyunun 3-dən digər ölkələrə səfərlərə icazə verməyi planlaşdırır

2020-05-16

gun az article

Tramp Amerikada koronavirusdan ölənlərin sayının 100 min olacağını ehtimal edib

2020-05-02

gun az article

Pakistan parlamentinin sədri koronavirusa yoluxub

2020-05-02

gun az article

Kim Çen In 20 gündən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

2020-05-02

gun az article

GünazTV February.24.2020: Ramin Məmmədov. Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndələr palatasına Azərbaycan əsilli namizəd.

2020-02-24

gun az article

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

2020-01-30

gun az article

KİV: Kim Çen In Donald Trampı KXDR-ə dəvət edib

2019-09-16

gun az article

Məşhur uyğur yazar Çində qapalı düşərgədə ölüb

2019-06-20