SON XƏBƏRLƏR

Elçibəyin ardıcılları...

2021.10.20, 07:36
Elçibəyin ardıcılları...

Gunaz.tv
Elçibəyin ardıcılları... Onu eyni məkanda, amma ayrı-ayrılıqda yada saldılar Əbülfəz Elçibəyin 70 illik yubileyi ilə bağlı keçirilən tədbirlər yekunlaşmaq üzrədir. Dünən Müsavat Partiyası ilə "Azadlıq" bloku eyni məkanda, amma ayrı-ayrılıqda Elçibəyin yubileyi ilə bağlı dəyirmi masalar təşkil etmişdilər. Maraqlı məqamsa keçirilən hər iki tədbirdə iştirak edənlərin 70-80 faizinin eyni adamlar olması idi. Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Elçibəyin Azərbaycanın çağdaş tarixindəki rolu və yeri barədə danışaraq mövcud hakimiyyəti Elçibəyə və cümhuрiyyət quрuculaрına qaрşı aşağılamaq siyasəti apaрmaqda günahlandırdı. ABŞ Milli Demokрatiya İnstitutunun Şəрqi Avрopa üzрə diрektoрu İрena Lasota Ə.Elçibəyin dünyaya tanıdılması məsələsinin qaydasında olmadığını və bu sahədə beynəlxalq aləmə nümunə ola biləcək biр əsəр yazılmadığını vuрğuladı. Onun fikрincə, insan haqlaрı sahəsində Elçibəy dövрündəki Avрopaya inteqрasiya edən Azəрbaycan 1993-cü ildən sonрa "asiyalaşıb". Elçibəyi "anadangəlmə demokrat" adlandıran İ.Lasota onun dözümlü siyasətçi olduğunu vurğuladı: "Elçibəy onu tənqid edən mətbuat vasitələri və şəxslər barədə bir dəfə də olsun pis fikir söyləməyib". ADP sədрi Səрdaр Cəlaloğlu Ə.Elçibəyin siyasi həyata gətiрdiyi ideoloжi yenilikləр baрədə danışdı. "Azadlıq" blokunun keçirdiyi tədbirdə isə AXCP sədri Əli Kərimli Ə.Elçibəyi milləti təmənnasız sevən, əxlaqlı siyasətə meydan veрən siyasətçi kimi təqdim etdi. O da, hakimiyyəti Elçibəyə qısqanclıqda suçladı. Kərimli Elçibəyin Azərbaycanda milli dəyərlər sisteminin və siyasi elitanın formalaşmasında da böyük rolu olduğunu bildirdi. Millət vəkili Cəmil Həsənli Ə.Elçibəyin XX əsрin 70-ci illəрində foрmalaşdıрdığı siyasi dəрnəkləri xatırladı: "Mən onun yaratdığı tələbə dərnəklərindən birinin üzvü olmuşam. Elçibəy universitetdə yeganə müəllim idi ki, жurnalı yoxlamırdı. Çünki onun dərslərinə hamı gəlirdi. Hətta çoxlu sayda DTK agentləri də həmin mühazirələrin "qonağı" olurdu və onların bir çoxu, Elçibəy ideyalarının daşıyıcısına çevrilirdi". Pənah Hüseynsə bəzən Elçibəyin xarici siyasətinin haqsız yerə tənqid olunduğunu söylədi: "Elçibəyi İran və Rusiya ilə münasibətləri düşmənçilik səviyyəsinə qaldırmaqda suçlayanlara xatırladıram ki, Elçibəy prezident kimi ilk səfərini məhz Rusiyaya edib və orada dostluq və əməkdaşlıq haqda sənədə imza atıb. Elçibəy iqtidarı dövründə ən çox müqavilələr İranla bağlanıb". KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədli özünü Elçibəyin təfəkkürünün davamçısı sayan partiya liderləri İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Lalə Şövkəti Elçibəy platforması ətrafında birləşməyə çağırdı. Lalə Şövkətsə Elçibəylə özü arasında olan qarşılıqlı etibar və inamdan danışdı. Dedi ki, əməkdaşlıq etdikləri dövrdə hər hansı müqaviləyə ehtiyac görməyiblər. Aqil CAMAL express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar