SON XƏBƏRLƏR

Ərdəbildə divarlara şüar yazıldı: Dövlət “Türkmən səhra” sel bölgəsinə laqeyd yanaşır – GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbildə divarlara şüar yazıldı: Dövlət “Türkmən səhra” sel bölgəsinə laqeyd yanaşır – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərində dövlətin “Türkmən səhra” sel bölgəsinə laqeyd yanaşması etirazlara səbəb olub, bu məqsədlə divarlara bir çox şüar yazılıb.

 

Azərbaycaycanlı fəallar etiraz şüarlarını martın 27-də şəhərin müxtəlif məntəqələrində divarlara yazıblar.  Fəallar bu şəkildə təbii fəlakətə məruz qalan türkmənlərə yetəri qədər yardım edilməməsi və xəbərin İran mətbuatında zəif işıqlandırılmasına etiraz bildiriblər.

 

“Yaşasın türkmən qardaşlarımız və bacılarımız”, “Artıq “Türkmən səhra”da xoş nağıllardan heç bir xəbər yoxdur”, “Türkmən əhalisinin bugünkü kabusu=İrqçi siyasət və dövlətin anti-türk məsullarının tədbir almamasıdır” və s. kimi sözlər yazılan şüarlar arasındadır.

 

Selin baş verməsindən 11 gün keçməsinə baxmayaraq hələ də “Türkmən səhra” bölgəsində “Ağ qala” və Gümüşan (Gümüş təpə) şəhərləri, həmçinin bir çox kənd su içindədir. Bunun nəticəsində bir neçə nəfər həyatını itib, infrastruktur, yaşayış evləri və kənd təsərrüfatına ağır ziyan dəyib. Dövlətin böhranı aradan qaldırmaq üçün ciddi addımlar atmaması ölkədəki bütün türk xalqları, xüsusi ilə də türkmənlərin kəskin etirazına səbəb olub.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar