SON XƏBƏRLƏR

Ermənistan-Rusiya strateji tərəfdaşlığının perspektivləri

2021.10.20, 07:36
Ermənistan-Rusiya strateji tərəfdaşlığının perspektivləri

Gunaz.tv
Ermənistan-Rusiya strateji tərəfdaşlığının perspektivləri Serj Sərkisyan Kremldən nələr umur ? Ermənistan prezidenti Serj Sarkisyan Rusiyaya 2 günlük səfər edib. Bundan öncə Rusiyanın prezidenti Dmitri Medvedyev Qazaxıstana, sonra isə Belorusa getmişdi. D.Medvedyev Qazaxıstanda və Belorusda vacib sənəd imzalaya bildi. Bu sənədlərin Rusiyanın təhlükəsizliyi və enerji siyasəti ilə sıx bağlılığı var. İndi isə D.Medvedyev Ermənistanlı həmkarı ilə müzakirələr aparmalıdır. Göründyü kimi, Rusiyanın yeni prezidenti özünə sadiq olan dövlətlərin başçıları ilə görüşlərini keçirir. Ermənistanın prezidenti ilə görüşün isə bəzi yeni mənaları vardır. Ermənistan indi sözün əsl mənasında çalxalanır. Müxalifət yenidən kütləvi aksiyalara başlayıb. Müxaliflər prezident seçkisi zamanı baş verən toqquşmaların günahkarlarının cəzalandırılmasını və seçkidəki saxtakarlıqların etiraf olunmasını tələb edir. İqtidarın araşdırma üçün komisiya yaratmaq təklifinə reaksiya elə də yaxşı olmayıb. Çünki müxalifət bütün bunların baş aldatma olduğunu hesab edir. Ona görə də Ermənistanda siyasi durumun getdikcə kəskinləşəcəyi qənaətində olanların sayı az deyil. Ermənistanda siyasi durumun kəskinləşməsi ilə Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsi eyni vaxta düşdü. Bu da NATO-nun bölgəyə nüfuzunun artması məsələsini gündəmə gətirdi. Paralel olaraq, Rusiyanın özünün təhlükəsizliyi məsələsi aktuallaşır. Ona görə də rəsmi İrəvan üçün vəziyyət ağırlaşmaqdadır. Təbii ki, S.Sərkisyanın Moskva səfərində Ermənistanın təhlükəsizliyinin təmini və sosial-iqtisadi inkişaf perspektivləri ilə yanaşı, siyasi durumun sabitləşməsi yolları da müzakirə olunmalıdır. Ermənistan daxilində siyasi sabitliyə nail olmasa, sonrakı vəziyyəti çox ağır olacaq. Yaxın vaxtlarda Ermənistan məsləsinin AŞPA-da müzakirəsi bir sıra çətinliklərdən xəbər verir. Bütün bunlar azmış kimi, Rusiyanın özündə bəzi problemlər baş qaldırıb. Şimali Qafqazda mücahidlərin fəallaşdığı haqqında xəbərlər yayılır. Onlar hətta bir gün Əhməd Kadırovun anadan olduğu kəndi tutublar. Deyirlər ki, mücahidlər artıq meşələrdən çıxaraq hərbi əməliyyatlara başlayıblar. Bu məlumat doğru olsa, Rusiyanın cənub sərhədlərində gərginliyin artması ehtimalı az olmayacaq. Bununla yanaşı, Rusiyanın dövlət quruluşunda da müəyyən çatlar yaranıb. Tatarıstanda prezidentliyin ləğv edilməsi haqqındakı xəbərlərə reaksiya kəskindir. Rusiyanın tərkibində olan avtonom respublikalar sözün həqiqi mənasında üsyan zonasına dönə bilərlər. Şimali Qafqazda baş verənlərin prizmasında bu proses mürəkkəb yön ala bilər. Rusiyanın içərilərinə doğru separatizm dalğası yerisə, nəticənin necə olacağı haqqında kimsə dəqiq proqnoz verə bilməz. Bir qədər öncə Rusiya alimləri dövlətin Qafqaz istiqamətində sərt siyasət yeritməsini tövsiyə etmişdi. Görünür, yaxınlaşan təhlükəni hiss ediblər. İndi separatçı əhval-ruhiyyəli qüvvələrin fəallaşması şimal qonşumuzun taleyini qeyri-müəyyənliyə atır. Bu durumda Serj Sərkisyanın Rusiyaya səfəri hər iki tərəf üçün qayğıverici olan məsələləri ortaya atır. Ermənistan-Rusiya strateji tərəfdaşlığı hansı yeni çalarlar kəsb edəcəkğ Hər şeydən öncə vurğulamaq lazımdır ki, hər iki tərəf bu əməkdaşlığın güclənməsinə çalışacaq. Çünki Ermənistanda daxili siyasi durumu müxalifət gərginləşdirir və rəsmi İrəvanı Qərb bu məsələdə aktiv müdafiə etməyəcək. Əksin ə, Qərb maraqlıdır ki, özünə meylli qüvvələr hakimiyyətə gəlsin. Ermənistanda seçki Rusiyanın ssenarisi üzrə keçirildiyindən Kremlə sadiq adamlar hakimiyyətdə qaldı. Deməli, Serj Sarkisyan üçün Rusiya əsas dayaq nöqtəsi olaraq qalır. Sonra, Rusiyanın da Ermənistana ehtiyacı daha da artır. Çünki Qafqaz istiqamətində Qərbin təsirlərinin artdığı müşahidə olunur. Bu vəziyyətdə Kreml yalnız Ermənistana etibar edə bilir. Onun başqa tutacaq yeri yoxdur. Ermənistan bütün sahələr üzrə Rusiyadan asılı vəziyyətdə olduğundan onun hər hansı tələbindən imtina etmək seçimi yoxdur. Odur ki, bu iki ölkənin bir-birinə ehtiyacı çoxalıb. Ermənistanın yeni prezidentinin ilk səfərini Rusiyaya etməsi təkcə rəmzi məna daşımır. Bu, həm Sarkisyanın, həm də Ermənistanın xilası cəhdidir. Serj Sarkisyan ağalarının yanına getdi, ancaq onun bu addımının hansı nəticələr verəcəyini zaman göstərəcək. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar