SON XƏBƏRLƏR

Tanınmış rejissora ağır həbs cəzası verilib

2024.05.09, 14:00
Tanınmış rejissora ağır həbs cəzası verilib

İran İnqilab Məhkəməsi tanınmış və nüfuzlu tənqidçi rejissorlardan olan Məhəmməd Rəsuovun 8 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Gunaz.tv

Bu barədə hüquq müdafiəçisi və vəkil Babək Pakniya məlumat yayıb.

Onun sözlərinə görə, ibtidai məhkəmənin çıxardığı qərar Tehran Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və icra edilməsi üçün göstəyiş verilib.

Məhkəmənin qərarına görə, rejissor "əlbir olmaq, bəyanatlar yaymaq və sənədli filmlər hazırlamaqla ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq" istəyib.

Qeyd edək ki, son illərdə Rəsulov İslam Respublikasını sərt tənqid etdiyi üçün, İran hökumətinin məhkəmə və təhlükəsizlik orqanları tərəfindən davamlı olaraq mühakimə olunub.

Rəsulov sonuncu dəfə 2022-ci ilin iyununda həbs edilib və 7 ay həbsdə qaldıqdan sonra sərbəst buraxılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar