SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı məcburi hicabla bağlı İrana çağırış etdi 

2024.05.09, 12:52
Beynəlxalq Əfv Təşkilatı məcburi hicabla bağlı İrana çağırış etdi 

İran hökuməti məcburi hicab qanunlarını ləğv edərək, bu qanunlara əməl etməyən qadın və qızların cəzalandırılmasına son qoymalı və məcburi hicaba əməl etmədiyi üçün həbs edilən bütün qadınları qeyd-şərtsiz azadlığa buraxmalıdır.

Gunaz.tv

Bunu Beynəlxalq Əfv Təşkilatı İranda məcburi hicab qaydalarının tətbiqi ilə bağlı yaydığı bəyanatda deyib.  

Təşkilat repressiv İrşad Patrolunun “Əxlaq polisi" fəaliyyətinin dərhal dayandırılmasının vacibliyini qeyd edib, qadınların hüquqlarının pozulmasında rolu olanların mühakimə edilməli olduğunu bildirib.

“İran hökumətinin repressiv qüvvələri qadınları həbs edərkən elektroşoker aparatından istifadə edirlər. Ölkədə ədalətsiz məhkəmə prosesləri keçirilir, insanlar mənasız cərimələrlə üzləşirlər”, - beynəlxalq təşkilatın bəyanatında qeyd olunub.

İnsan haqları təşkilatı İran hökumətinin məcburi hicab qaydaları ilə bağlı "Nur" layihəsini qadınlara qarşı başladılmış yeni mübarizə və müharibə kimi, məcburi hicab qaydalarını pozan qadın və qızların həbs edilməsini adam oğurluğu kimi dəyərləndirib

Qeyd edək ki, aprelin 13-dən İranın əksər şəhərində məcburi hicab qaydaları ilə bağlı tədbirlər gücləndirilib.

Bu, vətəndaşlarla hökumət məmurları arasında qarşıdurmalara və onlarla şəxsin həbs edilməsinə səbəb olub.

Qaydaların daha da sərtləşdirilməsi isə bir müddət öncə aprelin 10-da Əli Xaməneinin məcburi hicab qaydalarının tətbiqi ilə bağlı çağırışından sonraya təsadüf edir.

"Biz heç vaxt hicab məsələsində güzəşt etməmişik, hicab bizim əsas prinsiplərimizdən biridir",- deyə Xamənei bildirmişdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar