SON XƏBƏRLƏR

Moləvi Əbdülhəmid sünnilərə qarşı ayrı-seçkiliyi qınayıb

2024.05.03, 11:03
Moləvi Əbdülhəmid sünnilərə qarşı ayrı-seçkiliyi qınayıb

Ölkədə mövcud olan ayrı-seçkilikdən bezmişik və qanunların hamı üçün eyni şəkildə tətbiq olunmasını tələb edirik.

Gunaz.tv

Bunu sünni bəlucların nüfuzlu din xadimi Moləvi Əbdülhəmid deyib.

O, sünni din mərkəzlərinə qarşı təzyiqlərin davam etdiyini, şiə din mərkəzlərində başqa yerlərdən gələnə tələbələrə şərait yaradıldığı halda, sünni din mərkəzlərinə məhdudiyyətlər qoyulduğunu söyləyib.

"Əgər hamımız iranlıyıqsa, ölkədə ədalət və bərabərlik prinsipi hamıya qarşı eyni dərəcədə tətbiq edilməlidir, islami və milli qardaşlığımız yalnız bu prinsip pozulmadığı təqdirdə özünü doğrulda bilər",- deyə din xadimi sünnilərə qarşı ədalətsiz davranıldığını bildirib. 

Qeyd edək ki, İran əhalisinin təxminən 10 faizini təşkil edən sünni müsəlmanlar həmişə sistemli ayrı-seçkilik və təzyiqlərə məruz qaldıqları üçün, ölkədə ikinci dərəcəli vətəndaş durumuna düşüblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar