Güney Azərbaycanda koronavirus qurbanlarının sayı artır, bəzi əyalətlərdə sayın açıqlanması qadağan edilib

15.04.2020, 11:40

GünAz TV: Güney Azərbaycanın müxtəlif əyalətlərində koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayının artdığı bir halda, bəzi əyalətlərdə qurbanların sayının açıqlanması qadağan edilib. 

 

 

Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi “Səhənd” Telekanalına verdiyi açıqlamada bu əyalətdə son 48 saat ərzində 331 nəfərdə koronavirus infeksiyasının aşkarlandığını, 12 nəfərin isə bu virusdan öldüyünü bildirib. Beləliklə, bu günədək əyalətdə 3190 nəfərin koronavirusa yoluxduğu məlum olub, onlardan 278-i həyatını itirib.

 

 

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadə isə infeksiyadan ölənlərin sayının 118 nəfərə çatdığını açıqlayıb. Ağazadə Qərbi Azərbaycanda 1629 nəfərin bu virusa yoluxduğunu bildirib.

 

 

Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaşın açıqlamasına görə, bu əyalətdə infeksiyaya yoluxanların sayı 833, xəstəlikdən ölənlərin sayı isə 83 nəfərə çatıb.

 

 

Digər əyalətlərin, o cümlədən, Ərdəbil, Qəzvin və Həmədanın səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamağı dayandırıb.  

 

 

Qeyri-rəsmi məlumata əsasən, Ərdəbil əyalətində koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayını açıqlamaq Tehran məsulları tərəfindən qadağan edilib. Ötən günlərdə bu əyalətin səhiyyə xidmətinin rəhbəri doktor Qüdrət Əxəvan Əkbəri və Ərdəbil “İmam” xəstəxanasının direktoru doktor İsmayıl Fərzanə verdikləri açıqlamalara görə işdən çıxarıldılar.

 

 

İranın bəzi xəbər portalları Əxəvan Əkbərinin “koronavirus pandemiyası ilə əlaqədar şəffaf davranmağa israr etdiyi, həqiqətləri gizlətməyə qarşı çıxdığı, eyni halda özünün və bəzi müdirlərinin bir sıra açıqlamaları verdiyi üçün” işdən çıxarıldığını yazıb.

 

 

Doktor Fərzanə Ərdəbil telekanalına verdiyi müsahibədə açıqlanan rəqəmlərin koronavirusa yoluxanların həqiqi statistikasının sadəcə bir hissəsi olduğunu, İran Səhiyyə Nazirliyinin qərarına əsasən yalnız analizdən keçən və cavabı pozitiv olan xəstələrin sayının rəsmi statistikaya daxil edildiyini bildirərək, xəstəliyə yoluxanların hamısından analiz götürülmədiyini vurğulamışdı. 

 

 

 

Ü.F 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Pakistanda 20 Yanvar şəhidləri anıldı

2022-01-19

gun az article

Volodimir Zelenski ABŞ-ın dövlət katibi ilə görüşüb

2022-01-19

gun az article

Nazarbayevin qurduğu partiya növbədənkənar qurultay keçirəcək

2022-01-19

gun az article

Avropa İttifaqının səfirləri Şəhidlər Xiyabanını ziyarət edib

2022-01-19

gun az article

Lavrovun müavini: “Rusiya Ukraynaya hücum etməyəcək”

2022-01-19

gun az article

Azərbaycan hərbçiləri Türkiyədə paraşüt təlimlərində iştirak ediblər

2022-01-19

gun az article

Qazaxıstanda fövqəladə vəziyyət rejimi ləğv edilib

2022-01-19

gun az article

Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub

2022-01-19

gun az article

İranın Kohkiluye və Boyer Əhməd əyalətində 4,4 bal gücündə zəlzələ olub

2022-01-19

gun az article

İranın Zahidan, Şiraz və Xürrəmabad şəhərlərində daha 3 məhkum dara çəkilib

2022-01-19

gun az article

Kirmanda sel fəlakəti: 339 kəndin yolu bağlanıb, 5 mindən çox sakinin həyatı təhlükə qarşısında - FOTOLAR

2022-01-19

gun az article

“Qorbaçov ermənilərə satılmışdı” - Xələf Xələfov

2022-01-19

gun az article

Ərdoğan Putinlə Zelenskini Türkiyəyə dəvət etdi

2022-01-19

gun az article

Sonuncu KTMT əsgəri də Qazaxıstandan çıxdı

2022-01-19

gun az article

XİN başçısı: “Nazarbayevin iğtişaşlarda əli olub-olmamasını istintaq göstərəcək”

2022-01-19

gun az article

Teymur Musayev səhiyyə naziri təyin edilib- Prezident İlham Əliyev sərəncam imzalayıb

2022-01-19

gun az article

Naftali Bennet: “İrana qarşı sanksiyaların ləğvi terrorçuluğun genişlənməsinə səbəb olacaq”

2022-01-19

gun az article

"20 Yanvar caniləri cəzalandırılmalıdır"-QHT bəyanat yaydı

2022-01-19

gun az article

İranın Rusiyadakı səfiri: “İranlılar sadəcə olaraq çar Rusiyasını söyürlər”

2022-01-19

gun az article

İbrahim Rəisi: “İran və Rusiyanın müxtəlif sahələrdə birgə əməkdaşlığı yüksək səviyyəyə qaldırılacaq”

2022-01-19