SON XƏBƏRLƏR

Güneyli sənətkardan heyrətamiz heykəllər... – GÖRÜNTÜ

2021.10.20, 07:36
Güneyli sənətkardan heyrətamiz heykəllər... – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Marağa şəhərindən olan ustad sənətkar Bəhram Aşoftə ağac, metal və avtomobillərin atılmış hissələrindən abstrakt heykəllər yaradır.

 

Dəmir at heykəli güneyli sənətkarın heyrətamiz əsərlərindən biridir. Bu heykəl Təbrizdə Elgölünün yaşıllıq sahəsində ucaldılıb.

 

Bir neçə il əvvəl Türkiyə nəşriyyəsi istedadlı sənətkardan sənəti ilə bağlı müsahibə almasaydı, bu gün biz onun barəsində heç bir məlumata malik olmayacaqdıq.

 

B.Aşoftə bu barədə “Mehr” xəbər agentliyinə danışıb.

 

“Dəmir at heykəli hazırlandıqdan sonra ilk dəfə olaraq Türkiyənin bir dərgisi məndən müsahibə aldı, bununla da bu sənət mətbuata yol tapdı. Bundan sonra türkiyəli iş adamları mənim əsərlərimlə maraqlanmağa başladılar”- deyə o bildirib.

 

 

Birinci xaric ölkələrdə tanınan azərbaycanlı sənətkara Almaniya, Fransa, Türkiyə və s. kimi ölkələrdən çoxlu təkliflər gəldiyi bildirilir.

 

Bundan öncə İranda ağacla metalı birləşdirərək heykəl yaratmaq təcrübəsi olmayıb. Bu tərzdə ilk dəfə B.Aşoftə heykəl hazırlayıb, ona görə də bu texnologiya İslami İrşad və Mədəniyyət Nazirliyində onun adına qeydə alınıb.

 

17 yaşından avtomobil təmiri ilə məşğul olan B.Aşoftə 11 il əvvəl abstrakt heykəllər yaratmağa qərar verib. Onun hazırda 40 yaşı var.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar