SON XƏBƏRLƏR

İki ABŞ konqresmeni Nursultan Nazarbayevə Nobel mükafatı verilməsini istəyir

2021.10.20, 07:36
İki ABŞ konqresmeni Nursultan Nazarbayevə Nobel mükafatı verilməsini istəyir

Gunaz.tv
İki ABŞ konqresmeni Nursultan Nazarbayevə Nobel mükafatı verilməsini istəyir Bakı. Laçın Sultanova - APA. ABŞ konqresmenləri Qazaxıstan prezidenti Nursultan Nazarbayevə Nobel mükafatı verilməsi təşəbbüsü ilə çıxış ediblər. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, onlar Qazaxıstan liderini nüvə silahlarının yayılmasına qarşı göstərdiyi xidmətlərə görə bu mükafata layiq sayırlar. Təşəbbüsün müəllifləri respublikaçı konqresmen Darrell İssa və demokrat konqresmen Çarl Malankondur. apa ------------------------------------------------------------------- Azərbaycanın Hərbi Doktrinasının qəbul olunmaması dünyada gedən proseslərlə bağlıdır – birinci vitse-spiker _ziyafet_askerov_130607.jpg Azərbaycan, Bakı, 10 iyul / Trend News , müxbirİ.Əlizadə/ Azərbaycanın Hərbi Doktrinasının parlamentdə qəbul olunmasının gecikməsi dünyada gedən proseslərlə bağlıdır. «Azərbaycanın Hərbi Doktrinası dünyada gedən geosiyasi, siyasi, hərbi, hərbi-siyasi və iqtisadi dəyişikliklərə cavab verməlidir. Ona görə də Hərbi Doktrina təkmil bir sənəd kimi hazırlanmalıdır», cümə axşamı parlamentin yaz sessiysının yekunları ilə bağlı keçirilən mətbuat konfransında birinci vitse-spiker Ziyafət Əsgərov bildirib. Trend News-un arayışı: Azərbaycanın Hərbi Doktrinasının qəbul edilməsi parlamentin yaz sessiyasının gündəliyinə daxil edilmişdi, lakin layihə müzakirəyə çıxarılmayıb. Əsgərov vurğulayıb ki, Hərbi Doktrinada əsasən Azərbaycanın yerləşdiyi bölgədə mövcüd olan vəziyyətin və cərəyan edən proseslərin əks etdirilməsi vacibdir. Birinci vitse-spiker qeyd edib ki, Hərbi Doktrina parlamentin payız sessiyasında qəbul olunacaq. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar