SON XƏBƏRLƏR

İran Güneydəki abidələri

2021.10.20, 07:36
İran Güneydəki abidələri

Gunaz.tv
İran Güneydəki abidələri "erməniləşdirir" Tehran Babək qalasını isə "fars sarayı" kimi YUNESKO-nun siyahısına salmaq istəyir İran hökuməti ölkənin Qərbi Azərbaycan ostanında yerləşən bir sıra abidələri, habelə erməni kilsəsinə məxsus olduğu iddia edilən "Qarakilsə" monastr kompleksinin dünya mədəni irs siyahısına salınması üçün YENESCO-ya müraciət göndərib. "Ekspress"in diplomatik mənbələrdən əldə etdiyi xəbərə görə, bu, Tehranın eyni məsələ ilə bağlı təşkilata 6-cı müraciətidir. Baxmayaraq ki, hər dəfədə UNESCO-nun cavabı neqativ olur. Təşkilat abidə barədə məlumatların yetərsizliyini və konkret mənbələrə əsaslanmadığını səbəb gətirir. UNESCO-nun cavabında həmçinin Azərbaycan ostanındakı başqa abidələrin də tarixi barədə faktların dəqiq toplanması istənilir. Bu günlərdə Dünya İrs Komitəsinin BMT-də keçirilmiş 32-ci sessiyasında 40 ölkənin müraciətinə baxılıb, siyahılar qəbul edilib və indi Tehran məsələnin Baş Assambleyanın mədəniyyət komitəsində də müzakirə edilməsini istəyir. İranın növbəti müraciətində isə iddia olunur ki, "Qarakilsə" dini kompleks barədə yetərincə məlumatlar toplanıb və bu abidənin ermənilərə məxsusluğu barədə də "heç bir şübhə yoxdur". Belə ki, 2005-ci ildə bu kilsədə insan sümüklərinin aşkar edilməsindən sonra cəsəd qalıqlarının Xaçaçur İoanna aid olduğu barədə iddialar irəli sürülüb. Tehranın Ermənistan hökumətilə birlikdə hazırdığı məlumat bazasında erməni ruhaniləri bu iddianı əsaslandırmaq üçün daha çox orta əsrlərə aid Avropa səyahətnamələrinə müraciət edirlər. "Erməni monastrlar kompleksi İranın Azərbaycan torpaqlarında qeydiyyata salmaq istədiyi 9-cu abidədir" - mənbə vurğuayır. Tehranın arqumentlərinə görə, İrandakı erməni kilsəsi İstanbul Kilsəsindən fərqli olaraq dini subordinasiyaya məruz qalıb. Bundan əvvəl isə Qərbi Azərbaycan ostanındakı Həvari Faddey kilsəsinin erməni abidəsi kimi UNESCO-nun irs siyahısına daxil edilməsinə dair Tehranın müraciəti tarixi abidə barədə informasiyanın yetərsizliyi ucbatından qəbul edilməmişdi. Dini ədəbiyyatda göstərilir ki, həvari Faddey 80-ci ildə Ermənistan ərazisində çarmıxa çəkilməklə və sonradan oxlanmaqla qətlə yetirilib. "İranda Erməni xristian abidələrinin bərpası sahəsində xeyli işlər görülür", - bunu isə İran ermənilərinin qəzeti olan "Alik" yazır. "BBC" radiosu qəzetin redaktoru Derenik Melikyana istinadən diqqəti buna yönəldir ki, erməni xristian abidələrinin ən yaxşı qorunduğu ölkə İrandır. "Tehran hökuməti bu abidələrin bərpasına mütəmadi olaraq vəsait ayırır, onları qoruyur", - "Alik"in redaktoru belə deyib. Qeyd edək ki, İran ümumiyyətlə dünyala UNESCO-nun irs siyahısına ən çox obyekt daxil etdirə bilmiş ölkələrdən biri sayılır. 2006-cı ildə təşkilatın mədəni irs komitəsi Bisütün qayaüstü rəsmlər və yazılarını öz siyahısına əlavə edib. İranın UNESCO-nun siyahısına daxil edilmiş abidələrindən "Təxti-Süleyman" atəşpərəst məbədi də Qərbi Azərbaycan ostanının ərazisində yerləşir. Bu arada isə, yayılan məlumatlara görə, Tehran həmçinin yaxın gələcəkdə İran azərbaycanlılarının sevimli yeri olan "Babək" qalasının da UNESCO-nun siyahısına daxil edilməsinə çalışacaq. İrandakı Azərbaycan təşkilatlarının dünən açıqladığı bəyanatda vurğulanır ki, Tehranın əsas hədəfi Bəzz qalasını rəsmi sənədlərdə "farslaşdırmaqdır". Ələkbər Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar