SON XƏBƏRLƏR

İranlı narkotik qaçaqmalçısının məhkəməsi başlayıb

2021.10.20, 07:36
İranlı narkotik qaçaqmalçısının məhkəməsi başlayıb

Gunaz.tv
İranlı narkotik qaçaqmalçısının məhkəməsi başlayıb cekic-0.jpg Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirtməkdə təqsirləndirilən İran vətəndaşı Səccad Əlinin məhkəmə prosesinə baxış iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Mədinə Bağırovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsində özünü təqsirli bilmədiyini deyib. Məhkəmə prosesi davam etdiriləcək. Qeyd edək ki, S.Əli külli miqdarda narkotik vasitə olan heroini Azərbaycana keçirdərkən həbs edilib. O, Cinayət Məcəlləsinin 206 .4-cü (qaçaqmalçılıq), 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə saxlama, daşıma, satma) və 318-ci (Azərbaycan Respublikasının sərhədini qanunsuz olaraq keçmə) maddələrinə əsasən ittiham olunur. Şəhriyar Əlizadə LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar