İraq parlamenti yeni seçki qanununu qəbul edib

25.12.2019, 14:16

GünAz TV: İraq parlamenti etirazçıların bir neçə aydır tələb etdiyi yeni seçki qanununu səsverməyə çıxarıb və qəbul edib.

 

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, parlamentin spikeri Məhəmməd əl-Halbusi səsvermənin nəticələrini və qanunun qəbul edildiyini açıqlayıb. O, həmçinin ölkədə məmurların ikili vətəndaşlıq almasına icazə verilməyəcəyini də bildirib.

 

Bu qanuna görə, ölkədə qanunverici məclisin növbədənkənar seçkiləri keçirilə bilər. Qanuna əsasən, ən çox səs toplayanlar seçkilərin qalibi olacaq, namizədlər isə fərdi qaydada irəli sürüləcək. Səsvermə əvvəllər deputatlar arasındakı ziddiyyətlərə görə dəfələrlə təxirə salınıb.

 

Qeyd edək ki, İraqda oktyabrın əvvəlindən kütləvi etirazlar davam edir. Nümayişçilər hökumətin istefasını tələb edərək, korrupsiyaya, işsizliyə və ağır yaşayış şəraitinə qarşı mübarizə aparırlar. KİV-də yayılan məlumatlara görə, 400-dən çox insan etirazçılarla polis arasında baş verən qarşıdurmaların qurbanı olub, 15 minə yaxın insan isə yaralanıb. Etirazçıların təzyiqi nəticəsində İraqın Baş Naziri Adel Abd əl-Mehdi istefa verib və növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi gündəmə gəlib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

NATO-nun Baş katibi Rusiyaya xəbərdarlıq edib

2022-01-29

gun az article

Jozef Borel: "Rusiya gərginliyi azaltmaqdansa, Avropada təzyiqi daha da artırır"

2022-01-29

gun az article

Həbsdə olan tanınmış yazıçı Keyvan Səmimi Kərəc zindanına köçürülüb

2022-01-29

gun az article

Azərbaycan və Türkiyə İşçi qrupu yaradır, birgə fəaliyyət planı hazırlanacaq

2022-01-29

gun az article

ABŞ senatorları Baydeni İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

2022-01-29

gun az article

Rusiya Belarusa zenit-raket kompleksi yerləşdirib

2022-01-29

gun az article

ABŞ-ın Şərqi Avropaya göndərəcəyi hərbçilərinin sayı açıqlanıb

2022-01-29

gun az article

Laçındakı körpünü Rusiya yox, Azərbaycan tikir

2022-01-29

gun az article

Türkiyə hökumətində gözlənilməz kadr dəyişikliyi

2022-01-29

gun az article

Qarabağda turizm zonaları minalardan təmizlənəcək

2022-01-29

gun az article

Almaniyada medal qazanan Azərbaycan atleti qələbəsini şəhidlərə həsr edib

2022-01-29

gun az article

İranın Hirmənd bölgəsində etiraz: Təhlükəsizlik məmurları narazılara güllə atdı-VİDEO

2022-01-29

gun az article

Stoltenberq: “NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək”

2022-01-28

gun az article

Pentaqon: “ABŞ Ukraynaya qoşun göndərməyəcək”

2022-01-28

gun az article

İranın nüvə proqramı ilə bağlı danışıqlar dayandırılıb

2022-01-28

gun az article

İran Türkiyəyə qaz tədarükünü bərpa edib

2022-01-28

gun az article

BMT Azərbaycana təşəkkür edib

2022-01-28

gun az article

Rusiyada Njde haqqında filmin nümayişi dayandırılıb

2022-01-28

gun az article

Prezident Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı sərəncam imzalayıb

2022-01-28

gun az article

İranın Urmiya şəhərində daha 1 məhkum dara çəkilib

2022-01-28