SON XƏBƏRLƏR

K.Cahanpur: “İranda daha 144 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 2378 nəfərə yüksəlib” – (yeni statistika)

2021.10.20, 07:36
K.Cahanpur: “İranda daha 144 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 2378 nəfərə yüksəlib” – (yeni statistika)

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə koronavirusdan ölənlərin martın 27-ə qədər olan statistikasını açıqlayıb.

 

O deyib ki, son bir sutka ərzində İran laboratoriyalarında daha 2926 nəfərin “Covid-19” virusuna yoluxduğu aşkar edilib: “Təəssüflər olsun ki, dünən günorta saatlarından indiyə qədər ölkədə daha 144 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu günə qədər ölkənin müxtəlif şəhər və əyalətlərində “Covid-19” virusundan ölənlərin ümumi sayı 2378 nəfərə, infeksiyaya yoluxanların  ümumi sayı isə 32 min 332 nəfərə yüksəlib.

 

Xoşbəxtlikdən, bu günə qədər xəstəliyə yoluxanlardan 11133 nəfəri də sağalaraq evə buraxılıb. Hazırda isə virusa yoluxanlardan 2893 nəfərinin səhhəti ağırdır” -deyə, İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

 

 

Kiyanuş Cahanpur ölkədə  bu günə qədər koronavirusa yoluxanların sayının 32332 nəfərə, epidemiyadan ölənlərin sayının isə 2378 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan və adlarının çəkilməsini istəməyən mənbələr, virusdan ölənlərin və xəstəliyə yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar