“Tehran Türkiyə və İsrailin Güney Azərbaycanı silahlı üsyana qaldıra biləcəyindən narahatdır”-“Əl-Ərəbiya”

02.08.2022, 09:48

Ər-Riyadda fəaliyyət göstərən "Rəsane" adlı İran üzrə beynəlxalq tədqiqat mərkəzi təhlil yazısında İranda yaşayan  azərbaycanlıların vəziyyətini araşdırıb.

Gunaz.tv Quote | Gunaz article

Nəşr müxtəlif amillərə, o cümlədən Tehranla Bakı arasında yaranmış gərginliyə, həmçinin regionda və dünyada baş verən proseslərin bu məsələyə nəticələrini nəzərdən keçirib.

Məlumata görə, sözügedən araşdırma institutunun tədqiqatçısı Nəvid Əhməd İranla ölkədə yaşayan azərbaycanlılar arasında əlaqələrdəki problemləri sadalayıb.

Nəvid Əhməd onların mərkəzi hökumətlə əlaqələrinin tarixçəsini araşdıraraq bu qənaətə gəlib ki, son on illiklərdə eniş-yoxuşlu əlaqələr İranın şimal-qərbində baş verən kütləvi etirazlarla nəticələnib.

Yazıda müəllif Qarabağ müharibəsinin Tehran-Bakı əlaqələrinə, habelə müharibənin İranda yaşayan türklərə təsirinə toxunub.

 Araşdırmaya görə, rəsmi Tehran narahatdır ki, İran türkləri guya Türkiyə və İsrailin, habelə digər xarici amillərin yardımı ilə silahlı üsyana əl ata bilərlər.

Yazıda qeyd edilir ki, Bakı və Tel-Aviv arasında hərbi əlaqələr daim Tehranı narahat edib və İran rəsmiləri türkçülük məfkurəsi qarşısında “İranda şiə cəmiyyətinin birliyinin və bütövlüyünün sarsılmasından vahiməyə düşüb”.

Araşdırmanın müəllifi hesab edir ki, həm İran, həm də Ankara və Bakı birgə böyük “xəyal qurmağa” o qədər də həvəsli deyillər.

Bu səbəbdən İran Azərbaycanla ikili münasibətdə inam yaratmağa və “Bakını razı salmaq strategiyasını” başa çatdırmaq üçün bu ölkə ilə ticarət əlaqələrini genişləndirməyə çalışır.

Müəllifin fikrincə, hər iki tərəfin müəyyən cəhdlərinə baxmayaraq, inamsızlıq mühiti hələ də Tehranla Bakının münasibətlərinə kölgə salır. Azərbaycan-İsrail münasibətləri, Azərbaycan-Türkiyə-İsrail üçlü müttəfiqliyi bu inamsızlığın yaranmasında ən mühüm amillərdəndir.

Navid Əhmədin fikrincə, Azərbaycanın Ermənistan üzərində qələbəsi İran türkləri arasında etnik əhval-ruhiyyənin çiçəklənməsinə səbəb olsa da, “rəhbərliyin olmaması və hərəkatların xaricdən dəstəklənməməsi” səbəbindən bu hisslər bir qədər sonra səngiyib. (Azad İran)

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zelenski Putinlə görüşünün şərtini açıqladı

2022-08-18

gun az article

Ərdoğan: “Yeni Çernobıl faciəsi yaşamaq istəmirik”

2022-08-18

gun az article

SEPAH-ın Tehranda yerləşən "İmam Hadi" kazarmasında partlayış olub-VİDEO

2022-08-18

gun az article

Türkiyə və Ukrayna liderlərinin görüşü başlayıb

2022-08-18

gun az article

Səudiyyə Ərəbistanında İran hökumətinə yaxın şəxs ideolojik təbliğat apardığı üçün həbs edilib

2022-08-18

gun az article

Prezident: “65 məscidimiz yerlə-yeksan olunub”

2022-08-18

gun az article

İranda xristianlığı qəbul edən 3 nəfər 16 il həbs cəzasına məhkum edilib

2022-08-18

gun az article

İranlı diplomatdan Azərbaycan qarşı sərsəm iddia: "Naxcıvan İrana birləşdirilməlidir"-VİDEO

2022-08-18

gun az article

İran məhkəməsi tanınmış jurnalisti 10 il həbs cəzasına məhkum edib

2022-08-18

gun az article

İranda 6 məhkum edam edilib

2022-08-18

gun az article

Ərdoğan bu gün Ukraynaya gedir –BMT Baş katibi və Zelenski ilə zirvə görüşü olacaq

2022-08-18

gun az article

Laçını tərk edən ermənilər Azərbaycan ərazilərinə od vurur-VİDEO

2022-08-18

gun az article

Sərhəd Mühafizəsinin yaranmasından 103 il ötür

2022-08-18

gun az article

Elçin Quliyev: "Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir"

2022-08-18

gun az article

Salman Rüşdiyə hücum edən şəxs Xomeyni heyranı olduğunu deyib

2022-08-18

gun az article

Keçmiş Amerika rəsmilərindən tələb: "İbrahim Rəisiyə viza verilməsin"

2022-08-18

gun az article

İran beynəlxalq terrorçunun saxlanıldığını iddia edib

2022-08-17

gun az article

BMT Baş katibi Ukraynaya səfər edib

2022-08-17

gun az article

İran Amerika ilə məhbusların mübadiləsini dərhal yerinə yetirməyə hazır olduğunu deyir

2022-08-17

gun az article

DSX-nın bir qrup hərbi qulluqçusu təltif edilib

2022-08-17