GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Cavad Məhhəmmədi Fərd və Əlirza Qənbəri saxlanılıblar
Urmu gölü barədə son məlumat açıqlandı
Blinken Həmas tərəfindən əsir götürülənlərin ailələri ilə görüşdü
Azad edilən ərazilərdə ötən ay 332 mina, 2502 PHS aşkarlanıb
İranda son 80 ilin rekord inflyasiyası qeydə alındı
Aktivistin müvəqqəti azad olunmasına icazə verilmir
"Bələdiyyə əcnəbilərlə müqavilə bağlaya bilər, lakin gizli yox"- deputat
3 şəhərdə 5 məhkum edam edildi
Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya işlərini hər hansı vasitəçi olmadan aparır
Netanyahu və Blinken Qüdsdə müzakirələrə başlayıb
Əfqanistanlılar Tehrandan çıxarılır
"BINANCE" müəssisəsinin təsisçisi 4 ayadək həbsə məhkum olunub
Təbrizdə ilk elektrik muzeyi açılır
Tarixi “Xənəyi” Körpüsü tamamilə dağılmaq üzrədir
Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik
Prezident: Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın
Marağada 400 illik tarixi abidə məhv olur
Prezident: Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır
"SEPAH-ı terrorist adlandırmaq Britaniyanın maraqlarına uyğun deyil" - Devid Kemeron
"Traxtur" klubu yenidən cərimələndi
İrandan bəzi məhsulların idxalı dayandırıldı
Rafael Qrossi İrana səfər edəcək
Tanınmış güneyli həkim-cərrah Şapur Ənsəri Cəbrayıl və Şuşaya səfər edib
Korrupsioner milyarder əfv edildi- Edam həbslə dəyişdirilib
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımı Azərbaycana görə bloklayır
Netanyahu: İsrail danışıqlarından asılı olmayaraq Rəfaha girəcək
İran mediası: Azərbaycan İranın təzyiqi nəticəsində Zəngəzur dəhlizindən imtina etib
Ermənistan parlamenti müxalifətin Azərbaycanla delimitasiyaya dair layihəsini gündəliyə salmayıb
XİN rəhbəri: Azərbaycan Ermənistanla ikitərəfli və birbaşa sülh danışıqlarına tərəfdardır
Kənd əhalisi etiraz aksiyası keçirib
İsrail İranda SEPAH-ın əməkdaşını öldürüb
İran həbsxanalarında 12 məhkum edam edildi
Britaniya Parlamenti Rusiyaya qarşı sanksiyaları səmərəsiz adlandırıb
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
Dövlət Departamenti: Ukrayna qışa qədər Rusiyanın zərbələrinin ciddi nəticələri ilə üzləşəcək
İranda qəzalı binalarda yaşayanların sayı açıqlandı
Tərbiz şəhəri “Həsən Padşah” tarixi kompleksi baxımsız qalıb
Nika Şakərəmi barədə yeni faktlar üzə çıxdı - Təcavüz edib, öldürbülər
Gənc güneyli məhbus azad olunub
Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var
Güneyli aktivistlər barədə həsb qərarı çıxarılıb
Milli fəalların həbs qərarı qüvvədə saxlanıldı
Ursula Fon der Lyayen: "TikTok" Avropa İttifaqında bloklana bilər"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda çıxış edib. Çıxışın mətnini təqdim edirik:
-Cənab sədr, əziz qardaşım Qurbanqulu Məlikquliyeviç.
Hörmətli dövlət və hökumət başçıları.
Cənab Baş katib.
Qardaşım, Türkmənistan Prezidenti Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirmək və Türkmənistanı İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) uğurlu sədrlik münasibətilə təbrik etmək istərdim.
Fürsətdən istifadə edərək, qardaş Özbəkistanı İƏT-də sədrliyi öz üzərinə götürməsi münasibətilə təbrik edir və Təşkilata rəhbərlik işində uğurlar arzu edirəm.
Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik.
İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır. Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm.
Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır.
Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.
Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur.
Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Biz 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq.
Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir.
Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.
Bu ilin aprel ayında Azərbaycan Dünya İqtisadi Forumu ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılmasına dair razılaşma imzalayıb. Ümid edirik ki, Mərkəz İƏT çərçivəsində əməkdaşlığa töhfə verəcəkdir.
COVID-19-a gəlincə, Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur.
Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır.
Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq.
Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib.
Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı etmişdir.
Hörmətli həmkarlar, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi.
Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi.
İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir.
Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır.
Ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır.
Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.
İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.
Ayxan
Urmu gölü barədə son məlumat açıqlandı
İranda son 80 ilin rekord inflyasiyası qeydə alındı
"Bələdiyyə əcnəbilərlə müqavilə bağlaya bilər, lakin gizli yox"- deputat
Netanyahu və Blinken Qüdsdə müzakirələrə başlayıb
Prezident: Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın
Marağada 400 illik tarixi abidə məhv olur
İrandan bəzi məhsulların idxalı dayandırıldı
Tanınmış güneyli həkim-cərrah Şapur Ənsəri Cəbrayıl və Şuşaya səfər edib
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
Tərbiz şəhəri “Həsən Padşah” tarixi kompleksi baxımsız qalıb
“İcbari hicab qadınların kəramətini və azadlığını pozur”- iranlı islamşünas
Azad edilmiş ərazilərdə daha 159 mina, 380 PHS aşkarlanıb
Əl ilə toxunmuş ən böyük xalça təqdim olunub
Urmu gölü yenidən quruyacaq - Ekoloq
Azərbaycanlı müəllim azadlıqda
İran İsrail zərbələrinin vurduğu ziyanı ört-basdır etməyə çalışıb - SÜBUT
ABŞ: İran silahları təbliğ olunduğu qədər effektli deyil
Husilər Britanyaya məxsus neft tankerini vurdu
İrana qarşı birlik qurulur
Terror qruplaşması Azərbaycana qarşı tədbir keçirib
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
Azərbaycan və Özbəkistan kosmik sahədə əməkdaşlıq edəcək
HƏMAS mülki sığınacaqlardan raket atır
İsrail İranın S-300 raketlərini məhv edib!
ABŞ, Britaniya və Kanada İrana qarşı sanksiya tətbiq etdi
Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
Şuşanın Qaybalı kəndində mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb
Ermənistanda delimitasiyaya etiraz edən hərbçilər məsuliyyətə cəlb olunub
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
Terror qruplaşması Azərbaycana qarşı tədbir keçirib
Tarixi qala baxımsız qalıb
İrana qarşı birlik qurulur
Təbrizli körpəyə türk adına görə sənəd verilmir
İran İsrail zərbələrinin vurduğu ziyanı ört-basdır etməyə çalışıb - SÜBUT