SON XƏBƏRLƏR

Almaniya müdafiə xərclərini 80 milyard avroya qədər artırır

2022.06.29, 05:00
Almaniya müdafiə xərclərini 80 milyard avroya qədər artırır

Gunaz.tv

Bu barədə Almaniya kansleri Olaf Şolts Madriddə NATO sammiti ərəfəsində ARD telekanalının efirində bildirib.

Kansler Almaniyanın NATO-nun güclənməsinə böyük töhfə verdiyini vurğulayıb.

"Almaniya indi NATO-da ABŞ ilə birlikdə ən böyük töhfəni verən ölkədir. Burada söhbət alyansın döyüş qabiliyyətindən gedir", - Şolts deyib.

Qeyd edək ki, NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclası iyunun 28-30-da Madriddə baş tutacaq. İclasda yeni strateji konsepsiya qəbul ediləcək, alayansın gücləndirilməsi və qlobal iqlim dəyişikliyinin təhlükəsizlik sektoru üçün təsirləri nəzərdən keçiriləcək. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar