SON XƏBƏRLƏR

Marağada 15 il əvvəl təməli qoyulan “turizm kəndi” bərbad vəziyyətdədir

2021.10.20, 07:36
Marağada 15 il əvvəl təməli qoyulan “turizm kəndi”  bərbad vəziyyətdədir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda acınacaqlı iqtisadi gərginlik hökm sürdüyü bir vaxtda çoxları bölgənin potensialını nəzərə alaraq turizm sektoruna ümid bağlayıb. Lakin dövlətin ayrı-seçkilik siyasəti və laqeyd münasibəti nəticəsində bu sahədə heç bir irəlləyiş yoxdur.

 

Son günlərdə İranın bir neçə mətbuat orqanı, o cümlədən “Fars” xəbər agentliyi Marağada 15 il əvvəl təməli qoyulan “turizm kəndi” layihəsi barədə məlumat yayıb. Qeyd olunur ki, 2004-cü ildə turizm sektorunu inkişaf etdirmək məqsədi ilə Marağa Ələviyan bəndinin şimal-qərb tərəfində “Qışlaq” kəndi ətrafında turizm kəndi kimi nəzərdə tutulan layihənin təməli qoyuldu və müəyyən işlər də görüldü. Lakin özəl sektor tərəfindən təməli qoyulan layihə bir müddət sonra naməlum səbəbdən buraxıldı, 15 ildir ki, işlər dayandırılıb.

 

Məlumata görə, “Turizm kəndi”ndə işlər buraxıldıqdan sonra tikintilərdə işlədilən inşaat malları fürsətçilər tərəfindən sökülərək mənimsənilir və layihə çərçivəsində görülən işlər və qoyulan vəsait məhv olur.

 

“Fars” xəbər agbentliyi bildirib ki, Marağa şəhəri rəhbərliyi, xüsusi ilə də Turizm, Əl İşləri və Mədəni İrs İdarəsi artıq yarımçıq buraxılan layihənin acınacaqlı vəziyyətinə bundan artıq seyrçi qalmamalı, bölgə əhalisi üçün iş fürsəti yaradan projedə işlərin bərpa edilməsi barədə qərar verməlidir.

 

Aşağıdakı şəkillər “Fars” xəbər agentliyindən götürülüb:

 

 

 

 

 

 

 

 

 

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar