Amerika İrana yeni sanksiyalar tətbiq edə bilər

30.06.2022, 13:39

Amerika nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə İrana qarşı sanksiyaları sərtləşdirməyə hazırdır və əsas diqqəti İran neftinin Çinə ixracını hədəfə almağa yönəldir.

Gunaz.tv Quote | Gunaz article

Bunu Vaşinqton rəsmilərinə istinadən Amerikanın "NBC" şəbəkəsi yazıb.

"Avropalı diplomatlar və keçmiş Amerika rəsmiləri "NBC"ə bildiriblər ki, Vaşinqton çox güman ki, İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. 

Ağ Ev Tehranın Çinə neft satışına xüsusi diqqət yetirməklə mövcud sanksiyaları tətbiq etməyə çalışacaq. Hesabata görə, İranın nüvə proqramına qarşı mümkün təxribat əməliyyatları da müzakirə mövzusu ola bilər”-deyə, "NBC" bildirib.

Məlumatda bildirilir ki, nüvə danışıqlarının xilas edilməsi perspektivi getdikcə şübhə altına alındığına görə, Bayden administrasiyası təzyiq altındadır.

Amerika Dövlət Departamenti də Avropa Birliyinin xarici işlər nazirinin müavini Enrike Moranın Doha danışıqlarında irəliləyişin olmaması ilə bağlı iddiasını təkrarlayıb. 

“Avropa Birliyinin səylərinə görə çox minnətdarıq, ancaq İranın hələ də Avropa Birliyinin təşəbbüsünə müsbət cavab verə bilməməsindən məyusuq və buna görə də heç bir irəliləyiş əldə olunmayıb”-deyə, Dövlət Departamentinin sözçüsü Doha danışıqlarının bitdiyini təsdiqləyib.

Qeyd edək ki, Rusiya və Çinin dəstəyinə arxayın olan və Moskvanın Qərbə qarşı mövqeindən ruhlanan İran hökuməti radikal cərəyan və SEPAH-ın Qərbin şərtlərini qəbul etməmək barədə təklifləri ilə razılaşmış kimi görünür.

“Qırmızı xətlərimizdən qətiyyən geri çəkilməyəcəyik, Amerikanın ciddi niyyəti varsa, danışıqların bu raundunda razılaşma əldə etmək olar”-deyə, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan yunun 29-da mediaya verdiyi açıqlamasında bildirib.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ersin Tatar Azərbaycana səfər edə bilər

2022-08-19

gun az article

Ukrayna Təhlükəsizlik Şurasının sədri: "Krımın azad olunması gündəlikdəki əsas məsələdir"

2022-08-19

gun az article

Putin G20 sammitinə gedəcək

2022-08-19

gun az article

Amerikadan tələb: "İran bəhailərə qarşı repressiyaları dərhal dayandırmalıdır"

2022-08-19

gun az article

İran dərman çatışmazlığının aradan qaldırılması üçün Ermənistana yardım edəcək

2022-08-19

gun az article

Azərbaycan Ordusunun helikopterləri təlim keçirib-VİDEO

2022-08-19

gun az article

“İran nəyin bahasına olursa olsun, Zəngəzur dəhlizinə qarşı çıxacaq”-Erməni iranşünas

2022-08-19

gun az article

Amerikanın Milli Təhlükəsizlik Şurası İrana güzəşt edilməsi barədə xəbərləri rədd edib

2022-08-19

gun az article

ABŞ İnstitutu: “Krımda naməlum partlayışlar baş verib, Ukrayna ora yeni zərbələr endirəcək"

2022-08-19

gun az article

Şabranda baş verən yanğın Siyəzənə keçib

2022-08-19

gun az article

İsrail Amerika və Avropanı Tehranla müzakirələri dayandırmağa çağırdı

2022-08-19

gun az article

Zelenski Putinlə görüşünün şərtini açıqladı

2022-08-18

gun az article

Ərdoğan: “Yeni Çernobıl faciəsi yaşamaq istəmirik”

2022-08-18

gun az article

SEPAH-ın Tehranda yerləşən "İmam Hadi" kazarmasında partlayış olub-VİDEO

2022-08-18

gun az article

Türkiyə və Ukrayna liderlərinin görüşü başlayıb

2022-08-18

gun az article

Səudiyyə Ərəbistanında ideoloji təbliğat aparan İrana yaxın şəxs saxlanılıb

2022-08-18

gun az article

Prezident: “65 məscidimiz yerlə-yeksan olunub”

2022-08-18

gun az article

İranda xristianlığı qəbul edən 3 nəfər 16 il həbs cəzasına məhkum edilib

2022-08-18

gun az article

İranlı diplomatdan Azərbaycan qarşı sərsəm iddia: "Naxcıvan İrana birləşdirilməlidir"-VİDEO

2022-08-18

gun az article

İran məhkəməsi tanınmış jurnalisti 10 il həbs cəzasına məhkum edib

2022-08-18