SON XƏBƏRLƏR

Paradda nümayiş etdiriləcək heyətin və hərbi texnikanın sayı açıqlandı

2021.10.20, 07:36
Paradda nümayiş etdiriləcək heyətin və hərbi texnikanın sayı açıqlandı

Gunaz.tv
Paradda nümayiş etdiriləcək heyətin və hərbi texnikanın sayı açıqlandı Aygün Muradxanlı 2e141422-8201-4140-a5d7-9b83452ab217_w220_s.jpg İyunun 26-sı səhər saat 10-da Bakının «Azadlıq» meydanında Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyinə həsr olunmuş parad keçiriləcək. Paradda Silahlı Qüvvələrin 4 min 510 nəfərdən ibarət şəxsi heyəti, 210 modernləşdirilmiş döyüş texnikası, 25 təyyarə, 19 vertolyot, 31 gəmi və kater nümayiş etdiriləcək. Paradla bağlı şəhərin bir çox küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. İyunun 26-da Bakı Şəhər Polis Qarnizonu gücləndirilmiş iş rejimində ictimai təhlükəsizliyin qorunması üçün nümunəvi xidmət həyata keçirəcək. Bunu «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyib. İyunun 25-i axşam futbol üzrə Türkiyə millisi Avropa Çempionatının yarımfinalında Almaniya yığması ilə görüşəcək. Buna qədər Türkiyə yığmasının qələbələrini komandanın Bakıdakı azarkeşləri paytaxt küçələrində böyük coşqu ilə qarşılamışdılar. Ehsan Zahidov deyir ki, bu axşam da futbol yarışmasının ictimai yerlərdə kütləvi şəkildə izlənəcəyi gözlənilir: «Təki Türkiyə millisi qələbə qazansın. Əhalinin bu cür şadyanalığı, sevinci heç bir təhlükəli xarakter daşımır. Hər bir toplantı nəzarət altındadır». azadliqradiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar