SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda koronavirusun yayılması ilə bağlı “fövqəladə vəziyyət” yaradıb

2021.10.20, 07:36
Qərbi Azərbaycanda koronavirusun yayılması ilə bağlı “fövqəladə vəziyyət” yaradıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində  koronavirusun yayılması artıq kritik həddə çatıb.

 

 

Bu sözləri Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə deyib. O, əlavə edib ki, əyalətdə epidemiyanın yayılması “fövqəladə vəziyyət” səviyyəsindədir.

 

 

Ağazadə əyalətdə infeksiyaya yoluxma şübhəsi ilə analiz üçün müraciət edən 1143 nəfərdən 395-də xəstəliyin aşkarlandığını deyib.

 

 

O, əyalətdə koronavirus qurbanlarının sayının 27 nəfərə çatdığını bildirib.

 

 

Rəsminin dediyini görə Urmiyada 144 nəfərdə, Bukanda 58 nəfərdə, Xoyda 39 nəfərdə, Sayınqalada 26 nəfərdə, Qoşaçayda (Miyandab) 23 nəfərdə və Soyuqbulaqda (Mahabad) 24 nəfərdə infeksiya aşkarlanıb.

 

 

Bu rəqəm Tikantəpədə (Təkab) 17, Sulduzda 16, Salmasda 10, Makıda 8, Xanada (Piranşəhr) 6 və Sərdəştdə 8 nəfərdir.

 

 

Ağazadə epidemiyanın əyalətdə daha geniş yayılması ilə bağlı xəbərdarlıq edərək vətəndaşlardan evdə qalmalarını, tibbi qaydalara riayət etmələrini istədi.

 

Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar