SON XƏBƏRLƏR

Qum Kitab Sərgisinin məsulu: Türklərin yalnız nəfəs çəkmək haqqı var...!

2021.10.20, 07:36
Qum Kitab Sərgisinin məsulu: Türklərin yalnız nəfəs çəkmək haqqı var...!

Gunaz.tv

GünAz TV: Qum Kitab Sərgisinin məsulu sərgidə iştirak etmək istəyən “Savalan İgidləri Nəşriyyatı”nın müdiri ilə söhbətdə türklərin ünvanına ağır ifadələr işlədib: “Türklərin nə yazmaq haqqı var, nə də danışmaq. Nəfəs çəkirsinizsə, yetər!”

 

Qum Kitab Sərgisi, Qum Qüds Müsəllasında fevralın 15-dən 24-dək fəaliyyət göstərəcək.

 

Kitab sərgisinin saytı elan edib ki, sərgidə iştirak edəcək nəşr evləri pavilyonlarını təhvil almaq üçün fevralın13-də müraciət etməlidir. Saytda “Savalan İgidləri Nəşriyyatı”nın adı da qeyd olunub.

 

“Savalan İgidləri Nəşriyyatı”nın müdiri Əmmar Əhmədi Teleqram kanalında yaydığı məlumatda bildirib ki, onlar saytdakı məlumatı oxuduqdan sonra fevralın 12-də Quma yola düşüblər. Yolda ona naməlum bir şəxs kitab sərgisi tərəfindən zəng edərək siyahıdan çıxarıldıqlarını və sərgi üçün Quma gəlməmələrini istəyib. O deyib ki, Quma gəlməyin, gəlsəz də sizə heç bir pavilyon təhvil verilməyəcək.

 

Ə.Əhmədi saytdakı məlumata güvənərək yolunu davam etdirib. O təyin olunmuş vaxtda Qumun Qüds Müsəllasına müraciət edib və kitabları sərgiləmək üçün pavilyon istəyib.

 

Sərginin məsulu ona bildirib: Sizə deyilib ki, buraya gəlməyəsiniz, yenə də gəldiniz?

Ə.Əhmədi ona cavab olaraq bildirib: Saytda adımız elan olunmasaydı vəya əvvəldən xəbər verilsəydi, biz də Ərdəbildən qalxıb buaraya gəlməzdik, həm də qış günlərində...

Sərginin məsulu təkidlə vurğulayıb: İndi deyirəm ki, siz siyahıdan çıxarılıbsınız, qayıtmalısınız.

 

Bundan sonra Ə.Əhmədidən sərgidə nümayiş etdiriləcək kitabların siyahısı istənilib. “Savalan İgidləri Nəşriyyatı”nın müdiri bildirib ki, mənim kitablarım elə ölkənin digər nəşriyyatlarının kitabları kimidir, lakin türk dilindədir. Qum Kitab Sərgisinin məsulu bunu eşidincə qəzənlənib. “Yeri get, sizin nə yazmaq haqqınız var, nə də danışmaq. Nəfəs çəkirsinizsə, sizə yetər!”- deyə o bildirib.

 

6 il əvvəl təsis edilən “Savalan İgidləri Nəşriyyatı” Ərdəbil və Tehran şəhərlərində fəaliyyət edir. Bu nəşriyat əsasən Güney Azərbaycan və İranda türkərin tarix, ədəbiyyat və folkloru mövzusunda kitablar nəşr edir. Nəşriyyat Türkiyə və Azərbaycan Respublikasının ədəbi əsərlərinin tərcüməsinə də xüsusi əhəmiyyət verir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar