GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
İran məhsullarının keyfiyyəti dünya standartlarından geri qalır
Türkiyə Kosovaya hərbi kontingent göndərir
İrandan ölkəyə qanunsuz keçmək istəyənlər tutuldu
Şuşada kütləvi məzarlıq aşkarlandı
İran dövləti öz kadrlarına belə güvənmir: haker qrupu rejimi ifşa etdi
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
Əhərdə güclü partlayış- Ölən və yaralananlar var
Türkiyədə əməliyyat: 3 PKK terrorçusu məhv edildi
İrana qarşı yeni sanksiyalar hazırlanır
“Prime TV Azerbaijan” internet televiziyasının “Qırmızı masa” proqramına qonaq olan Güney Azərbaycan Televiziyasının qurucusu və rəhbəri Əhməd Obalı baş verən hadisələrə münasibət bildirib.
Əhməd Obalı bildirib ki, əvvəlki aksiyalardan fərqli olaraq artıq 5-ci gündür ki, narazılıq davam edir.
“Tehran, İsfahan, Kirman, Şiraz şəhərlərində izdihamlı aksiyalar baş tutub. Güney Azərbaycan şəhərlərində Təbriz, Ərdəbil, Urmuda, kiçik şəhərlərdə etiraz eyləmləri keçirilir. Məhsa Əmini məsələsindən öncə icitmai rəyi öyrənilmişdi.
Ölkə əhalisinin 70 faizi etiraz aksiyalarına çıxmağa hazır olduğunu bildirmişdi. Məhsa Əmini əxlaq polisi tərəfindən öldürüldükdən sonra bu narazılıq çılpaqlığı ilə ortaya çıxdı”-deyə, Əhməd Obalı bildirib.
Son zamanlar xaricdə fəaliyyət göstərən İran müxalifləri fəallaşıb. Özəlliklə 1979-cu ildə devrilmiş şahın oğlu Rza Pəhləvi ölkə əhalisinə müraciət edib, aksiyaları davam etdirməyə çağırıb. Onların planı nədir?
Əhməd Obalı bildirib ki, şahçıların İranda baş verən hadisələrlə bağlı planı başa tutmayıb: “Özəlliklə şahçıların planı yerlə-yeksan oldu, tutmadı. Hadisələr başlanan gün-bazar günü şahın Amerikada yaşayan oğlu bəyanat verdi.
Dedi ki, ay millət, gedin, Məhsa Əminiyə evdə yas tutun, əzadarlıq edin. Kürd təşkilatları dedi ki, işə getməyin, tətil edin. Amma xalq onların sözünə əməl etmədi. Əksinə şahçılara qarşı daha aqressiv yazılar yazıldı ki, milləti üsyana çağırmaqdansa, deyirsiz gedin, əzadarlıq edin.
Əzadarlıq nədir, Ərbəin yürüşü deyil ki?”
Günaz.TV-nin rəhbəri bildirib ki, Güney Azərbaycan milli təşkilatlarının baş verən hadisələrlə bağlı mövqeyi dəqiq və aydındır: “Milli təşkilatlar arasında ümumi xəttdə xırda istisnalarla ciddi bir ixtilaf yoxdur. Hamı etirazları dəstəkləyir, aksiyalarda milli şüarların səslənməsini istəyir.
Milli təşkilatların birgə bəyanatında da 4 əsas nöqtə var.
Birinci, milli dövlətçilyiin qurulması tələbidir. İkincisi odur ki, aksiyalarda Urmu gölü ilə bağlı şüarlar səsləndirilməlidir. Üçüncü qadın hüquqlarının müdafiəsidir. Dördüncü tələb odur ki, bu rejim bütövlükdə getməlidir. Bu, əslində Azərbaycan türklərinin tələbidir”.
Əhməd Obalı Güney Milli Hərəkatının hədəflərinə də toxunub:
“Millətimiz milli dövlətçiliyin qurulmasını istəyir. Hərəkatımız azadlıq hərəkatıdır. Milli dövlətçilik əsas şərtdir. Bunun əsas şərti isə istiqlaldır. Sonra quzeylə bütövləşməyə doğru getməliyik”.
Günaz.TV-nin rəhbəri bildirib ki, bu gün Güney Azərbaycan Milli Hərəaktının de-fakto rəhbəri Abbas Lisanidir: “O, bunu öz mübarizəsi ilə qazanıb.
Hazırda o, həbsdərir. Xaricdə fəaliyyət göstərən insanlarımız var. Millət əsas xəttə baxmalıdır. Biz istəklərimizdən geri durmamalıyıq. Biz Turana Bütöv Azərbaycandan sonra çata bilərik. İlk addım Güney Azərbaycanın azadlığı, sonra bütöv Azərbaycanın qurulması əsas hədəfdir”.
Ayxan
Şuşada kütləvi məzarlıq aşkarlandı
İran dövləti öz kadrlarına belə güvənmir: haker qrupu rejimi ifşa etdi
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
"İrana getməyin"-XİN ölkə vətəndaşlarına çağırış etdi
Amerika İranın məşhur internet şirkətinə sanksiya qoydu
Güneydə müəllimlərə təzyiqlər güclənib: İsmayıl Xudayari prokurorluğa çağırılıb
İranda dindarların sayı azalıb: "50 min məscid boş qalıb"-Ayətullah
İranda 21 yaşlı tələbənin müəmmalı ölümü etiraz doğurdu: Narazılara atəş açılıb
Hindistanda dəhşətli qatar qəzası: 70 ölü, 500 yaralı
“Azərbaycan dövləti güneyin problemlərinə laqeyd qalmayacaq”-Oktay Qasımov-MÜSAHİBƏ
İran-Əfqanıstan sərhədində atışma: Hava limanına raket zərbələri endirilib
Urmu-Təbriz magistral yolunun ödənişləri bahalaşıb-Sürücülər narazıdır
Prezident İlham Əliyev Laçının Şəlvə kəndinin təməlini qoyub
"Bu, xalqı üz-üzə qoymaq cəhdidir"-Təbrizin millət vəkili hökuməti tənqid etdi
Urmuda ekoloji fəlakət: Şəhərçay ətrafı zibilxanaya çevrilib
Türkiyədə prezident seçkilərinin ikinci turu başlayıb
Milli fəal Hüseyn Amani Təbriz həbsxanasına köçürülüb
Zahidanda etirazçılar həbs edilib
Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı dərsləri dayandırıldı