SON XƏBƏRLƏR

Ərdəbildə on minlərlə xalçaçı siğorta xidmətindən istifadə edə bilmir

2022.01.22, 12:08
Ərdəbildə on minlərlə xalçaçı siğorta xidmətindən istifadə edə bilmir

Gunaz.tv

Lakin hökumətin laqeydliyi nəticəsində bu sahədə artıq mövqeyini itirməkdədir.

Ərdəbil əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının başçısı Ramin Sadiqinin dediyinə görə, hal-hazırda xalçaçılıq sahəsində rəsmi olaraq əyalətdə 44 min nəfər fəaliyyət göstərir.

"yalətdə illik ortalama 90 min kvadratmetr xalça əldə toxuma xalça istehsal edildiyini bildirən Sadiqi 44 min nəfər xalçaçının yalnız 7300 nəfərinin siğorta xidmətlərindən istifadə edə bildiyini qeyd edib.

“Ərdəbildə əhalinin əsas gəlir qaynaqlarından biri olan xalçaçılıq sənayesində çalışanların başlıca problemləri siğorta xidmətinin, normal fəaliyyət məkanlarının olmaması və əmək haqlarının aşağı olmasıdır”-deyə, Sənaye, Mədən və Ticarət Təşkilatının başçısı bildirib.

Ərdəbil əyalətində toxunan 15 naxışda xalçanın ümumdünya mədəni irs siyahısına salındığını bildirən Ramin Sadiqi əyalətdə bu sənaye sahəsində mövcud olan hazırkı durumun təəssüfləndirici olduğunu deyib.

C.E    

 

رونق تولید راهکار حل مشکلات اساسی کشور است | خبرگزاری فارس
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar