SON XƏBƏRLƏR

ABŞ Prezidenti Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb

2022.05.26, 05:28
ABŞ Prezidenti Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb

Gunaz.tv

Bu barədə Ağ Evin rəsmi saytına istinadən xəbər verilir.

Mark V. Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin məsləhətçisidir.

Əvvəllər o, ABŞ-ın Brüsseldəki Avropa İttifaqı yanında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Bundan əlavə diplomat Varşava, Nassau, Nikosiya və Bağdad şəhərlərində siyasi məsləhətçi kimi fəaliyyət göstərib.

O, Massaçusetsdəki Tafts Universitetində bakalavr, fəxri məzunu olduğu Milli Müharibə Kollecində magistr dərəcəsi alıb. O, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda (“Sciences-Po”) təhsil alıb. Polyak və fransız dillərini mükəmməl bilir.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti bu ilin iyul ayında başa çatır. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar