SON XƏBƏRLƏR

Urmu gölündə duz fırtınasının baş verməsi təsdiq edildi

2021.12.04, 12:53
Urmu gölündə duz fırtınasının baş verməsi təsdiq edildi

Gunaz.tv

Höccət Cabbarı dekabrın 3-də mətbuata verdiyi açıqlamada duz fırtınasının baş verdiyini və onun fəsadları barədə danışıb. 

“Son günlər Urmu gölü yatağından duz zərrəciklərinin yayılması və duz fırtınasının baş verməsinin şahidi olduq. Gölün quruması və sulu sahələrin kiçilməsi nəticəsində baş verən duz fırtınası ətraf mühitə ciddi ziyan vurmaqdadır”-deyə, H.Cabbari əməkdaşlarının bundan öncəki bəyanatlarını təkzib edib. 

O, bildirib ki, Urmu gölünə buraxılmalı olan illik su payının reallaşsa və yağıntının miqdarı artsa duz fırtınalarının qarşısını almaq mümkün olacaq. 

H.Cabbari problemin qarşısının alınması üçün gölün bərpa tədbirlərinin gecikdirilmədən başladılmalı olduğunu, başqa su qaynaqlarından gölə su buraxılmasının vacibliyini bildirib. 

“Əkin ilinin başa çatdığını nəzərə alaraq Enerji Nazirliyi çaylardan əkin sahələrinə çəkilən kanalları bağlamalı və kanalların suyunu urmu gölünə yönləndirməlidir”-deyə, Ətraf mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini Enerji Nazirliyinə müraciət edib. 

Qeyd edək ki, son günlər sosial mediada yayılan foto və video-görüntülərdən aydın olur ki, Urmu gölü yatağından qalxan duz fırtınası gölün hər iki tərəfində yerləşən bölgələri əhatə edib.  

Güney azərbaycanlı ekoloq Əhməd Bayburdi məsələ ilə bağlı verdiyi açıqlamada bir sıra məsulları, o cümlədən Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin rəhbəri Həsən Abbasnejadı qeyri-peşəkarlıqda ittiham edib. 

O, Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin icazəsi ilə Urmu gölünün yatağından qaydasız şəkildə duz istismarına başlanılmasını duz qayalarının ilkin formasının itirməsinə külək nəticəsində duz fırtınasının yaranmasına səbəb olduğunu bildirib. 

 

Qeyd edək ki, son günlər Urmu gölü ətrafında duz fırtınasının baş verməsi bölgə əhalisi arasında təşvişə səbəb olmuş və ekoloji fəlakətin dərinlənməsindən narahatlıq ifadə olunub. 

Məsələyə əlaqədar məsullar tərəfindən fərqli açıqlamalar verilib, Şərqi Aazərbaycanın Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin rəisi Həsən Abbasnejad başda olmaqla onların bir çoxu duz fırtınasının baş vermədiyini söyləyib. 

C.E

حقابه تالاب‌های آذربایجان‌غربی ۶۵ میلیون مترمکعب است - ایرنا

Höccət Cabbarı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar