SON XƏBƏRLƏR

Urmuda 2700 il yaşı olan qiymətli tarixi kurqan məhv edilib

2021.12.04, 13:32
Urmuda  2700 il yaşı olan qiymətli tarixi kurqan məhv edilib

Gunaz.tv

Yayılan məlumatlarda bildirilir ki, kurqan ərazisi tarixi əsər qaçaqmalçıları və yerli məsulların laqeydliyi ucbatından məişət və tikinti tullantılarının poliqonuna çevrilib. 

Qalanın yaxınlığında yerləşən Çiçəkli kəndinin sakini Əsgər Rəcəbzadə “İrna” xəbər agentliyinə verdiyi müsahibədə tarixi əsərin so durumu haqqında danışıb. O, qiymətli abidənin məhv edilməsindən  təəssüfləndiyini deyib. 

“Bundan öncə 80-ci illərdə Baş qala təpəsində qazıntı aparılmasının qadağan edildiyi ilə bağlı quraşdırılan lövhə qanunsuz qazıntı aparanlar tərəfində sökülüb.

Uzun illərdir davam edən qanunsuz qazıntılar qalanın bütün sahələrində həyata keçirilib və bu gündə davam etdirilməkdədir”-deyə, Ə.Rəcəbzadə məsulların tarixi abidəyə qarşı laqeyd münasibətini tənqid edib. 

Məsələyə münasibət bildirən Qərbi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin sədr müavini Həsən Sepehrfər deyib ki, qalanın qorunması və sahəsinin müəyyən edilməsi ilə bağlı Mədəni İrs Təşkilatının icazəsi və vəsait lazımdır. 

O, ölkənin Mədəni İrs Təşkilatının bu qala ilə bağlı sərəncam vermədiyi və vəsait ayırmadığı üçün problemin həllinin gecikdiyini bildirib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar