Ruhani etirazçıların bir qrupunun “elə-belə” həbs edildiyini deyib

04.12.2019, 15:30

GünAz TV: İran prezidenti Həsən Ruhani etirazçıların bir qrupunun günahsız olduğunu və “elə-belə” həbs edildiyini deyib.

 

O, bu gün səhər saatlarında “Milad” qülləsində keçirilən Tehran Sığorta və İnkişaf Konfransıda çıxışı zamanı “elə-belə” saxlanılan həmin şəxslərin azad edilməsini istəyib.

 

“Əgər kimsə qaydanı pozub, gəlib küçədə təkər yandırıbsa, bu, mənim fikrimcə, cinayət deyil. Doğrudur, onun əməli yanlış addım olsa da, biz həmin şəxsləri həbsdə saxlamamalıyıq. Küçələrə axışıb, qışqırıb, şüar səsləndiriblər. Bunu onların cavanlıq çılğınlığının ayağına yazmalıyıq”, - deyə İran prezidenti əlavə edib.

 

Ruhani iddia edib ki, “bəzi etirazçılar soyuq və odlu silahla, eləcə də xəncərlərlə təhlükəsizlik qüvvələrinə hücum edib, digər qism isə alış-veriş mərkəzlərini yağmalayaraq yandırı”. O, iddia etdiyi həmin şəxslərə lazım olan cəzanın verilməsini istəyib.

 

Ruhaninin iddiasının əksinə olaraq, etirazlarda iştirak edən insanlarda odlu silah olmayıb və onlar bildirirlər ki, bankları, mağazaları və digər mülkləri təhlükəsizlik qüvvələri yandırıb. Nə İran hökuməti, nə də digər mənbələr tərəfindən bu günə qədər odlu silahla etiraza gələn insanları əks etdirən heç bir sübut, görüntü və digər dəlil yayınlanmayıb. Eləcə də, müxtəlif şəhərlərdə təhlükəsizlik qüvvələrinin silahsız etirazçıları pulemyot və silahlardan atəşə tutduqları barədə görüntülər yayılıb. Lakin Ruhani sivil formada etiraz edən xalqı güllə-baran edən “Sepah” terror təşkilatı, ETTELAAT və polis əməkdaşlarının cəzalandırılmaları ilə bağlı heç bir tələb irəli sürməyib.

 

Digər tərəfdən, dekabrın 2-də İran Milli Məclisinin deputatı Mahmud Sadiqi bildirmişdi ki, bir çox tələbələr aksiyalara qoşulmadıqları halda, “qabaqlayıcı tədbir” kimi təhlükəsizlik qüvvələri tərəfindən günahsız yerə həbs ediliblər.

 

Bu ana qədər Ruhaninin dediyi “elə-belə”, eləcə də Sadiqinin dediyi “qabaqlayıcı tədbir” kimi tutulan şəxslərin kimliyi və taleyi barədə heç bir məlumat yoxdur.

 

Ruhani bu günkü çıxışının sonunda etirazçıların “bəzilərinin” günahsız yerə öldürüldüyünü desə də, onları qətlə yetirən təhlükəsizlik qüvvələri əməkdaşlarının məsuliyyətə cəlb edilib- edilməyəcəklərilə bağlı heç bir söz dilə gətirməyib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Cəfər Pənahi müalicə olunmadan həbsxanaya qaytarılıb-"Ondan xəbər ala bilmirik"-Xanımı

2022-08-09

gun az article

“Parlaq gələcək”də müzakirə: “İran terrorçuluğunda yeni gəlişmələr” və “Şuubiyyə, Məhərrəmlik və pan-İranizmin tavrları”- VİDEO

2022-08-09

gun az article

Türkiyədə "İranda türkcə yer adları" kitabı nəşr edilib

2022-08-09

gun az article

Əhərdə işsizlərin sayı artıb

2022-08-09

gun az article

Güney Azərbaycan təşkilatları İranın anti-Azərbaycan siyasəti ilə bağlı bəyanat yayıb

2022-08-08

gun az article

Güneyli fəaldan Urmu gölü ilə bağlı maraqlı aksiya-VİDEO

2022-08-08

gun az article

"Yarpaq" ekoloji cəmiyyəti Xoyda aksiya keçirib-FOTO

2022-08-08

gun az article

Təbrizdə SEPAH və "Bəsic" üzvləri Azərbaycan konsulluğunun binasına dini bayraq asıblar

2022-08-08

gun az article

"İran-Rusiya əlaqələrinin inkişafı sanksiyaların təsirinin azalmasına səbəb olub"-Millət vəkili

2022-08-08

gun az article

Azadlıq səsi: “Güney Azərbaycan azadlıq hərəkatının terror təşkilatlarına mövqeyi”-VİDEO

2022-08-08

gun az article

“Düşünməyə çağırış” proqramında müzakirə: “İranın Quzey Azərbaycanı qarışdırma siyasəti”- VİDEO

2022-08-08

gun az article

Ərdəbilin parça fabrikində yüzlərlə işçinin əmək haqqı ödənilmir

2022-08-08

gun az article

Salmas zindanında məhbuslar ağır durumda saxlanılır

2022-08-08

gun az article

Təbrizdə Urmu gölü ilə bağlı afişalar yayılıb

2022-08-08

gun az article

Güneyli məhbus rejissor Cəfər Pənahi koronovirusa yoluxub

2022-08-08

gun az article

Güneyli fəal müvəqqəti azadlığa buraxılıb

2022-08-06

gun az article

“Yasir əl-Həbib Qasım Süleymaninin adamlarındandır”-Əhməd Obalı-VİDEO

2022-08-06

gun az article

Ərdəbilli təqaüdçülər etiraz aksiyası keçiriblər

2022-08-06

gun az article

"İnternetə məhdudiyyətə məhdudiyyət qoymaq mənfi nəticələr verəcək"-Təbrizin millət vəkili

2022-08-06

gun az article

“Sözümüz” proqramında müzakirə: “Hüseynçilik, yoxsa İrançılıq”-VİDEO

2022-08-06