SON XƏBƏRLƏR

“Sepah” körfəzdə xarici ölkəyə məxsus gəmi saxlayıb

2021.10.20, 07:36
“Sepah” körfəzdə xarici ölkəyə məxsus gəmi saxlayıb

Gunaz.tv

GünAz TV: “Sepah” terror təşkilatı xarici ölkələrdən birinə məxsus həmi saxladığı barədə bəyanat yayıb.

 

“Sepah”ın ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən yayılan bəyanata görə, gəmi iyulun 15-də saxlanılıb. “Sepah” iddia edir ki, gəmi İran sularından istifadə etməklə, 1 milyon litr “qaçaq yanacaq” daşıdığına görə, Larak adasının cənubunda saxlanılıb.

 

Bəyanatda gəminin hansı ölkəyə məxsus olduğunu bildirilməsə də, onun yanacağı uzaq ölkələrdən birinə aparmaq istədiyini və 12 ekipaj üzvü ilə birlikdə ələ keçirildiyi qeyd edilir.

 

Bəyanatda “Sepah” hər hansısa digər bir gəmini də saxladığıyla bağlı Qərb mediasında yayılan xəbərləri təkzib edib.

 

Xatırladaq ki, iyulun 16-da Qərb media orqanları amerikalı rəsmilərdən birinə istinadən MT Riah gəmisinin Qəşəm adasında “Sepah”a məxsus bazalardan birində olduğunu bildirərək, ABŞ-ın onun İran tərəfindən saxlanılmasından şübhələndiyini yazmışdılar.

 

Bu xəbərlərin yayılmasında bir neçə saat sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi sözügedən gəmidə “texniki nasazlığın” baş verdiyini və buna görə də təmir üçün İran sularına daxil edildiyini bəyan etmişdi.

 

Qeyd etmək lazımdır ki, İran körfəzdə beynəlxalq gəmiçiliyə əngəl törətmək üçün son aylar ərzində tez-tez təxribatlara əl atır. May ayında isə “Sepah” terror təşkilatı körfəzdə digər dövlətlərə məxsus neft tankerlərinə qarşı təxribat hücumları həyata keçirmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar