SON XƏBƏRLƏR

Tehranın BMT TŞ üzvü olmaq xülyası. Fars-molla rejimi erməni qohumlarından kömək umur

2021.10.20, 07:36
Tehranın BMT TŞ üzvü olmaq xülyası. Fars-molla rejimi erməni qohumlarından kömək umur

Gunaz.tv
Tehranın BMT TŞ üzvü olmaq xülyası Fars-molla rejimi erməni qohumlarından kömək umur Tural İran Ermənistandan Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasına daimi olmayan üzvlüyünə dəstək istəyib. Artıq bu ölkənin İrəvandakı səfiri Seyid Əli Saqian Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana Manuçöhr Müttəkinin məktubunu təqdim edib. Siyasi şərhçi Aydın Quliyev İranın BMT TŞ-a üzv olmaqla bağlı cəhdlərinin dəfələrlə olduğunu xatırlatdı: "Bir neçə il əvvəl də İran hökuməti belə bir təşəbbüslə çıxış etmişdi. Ümumiyyətlə, bu cəhdləri rəsmi Tehranın strateji hədəflərdən biri kimi dəyərləndirmək olar. Çünki BMT Təhlükəsizlik Şurası üzvlərinin sırasına düşməsi İran üçün çox böyük perspektiv və özünümüdafiə imkanları vəd edir. Amma rəsmi Tehran BMT TŞ-ın rotasiya qaydasında dəyişilən üzvü kimi veto hüququna malik olmayacaq. Amma nəzərdən qaçırmayaq ki, BMT Təhlükəsizlik Şurasında daimi üzvlərin hər birinin müəyyən qərar üzərində həlledici veto hüququ olsa da, dəyişilən üzvlərin də səs çoxluğuyla bu və digər məsələlərin həllinə nail olması mümkündür". Onun fikrincə, İran BMT TŞ üzvlüyünə can atmaqla, eyni zamanda islam ölkələri içərisində favorit olmasını göstərməyə çalışır. Ekspert cənub qonşumuzun Ermənistanla əlaqələrində də maraqlı məqamların olduğunu vurğuladı: "Bölgədə müəyyən məsələlər ətrafında həm mənafe ümumiliyi, həm də son vaxtlar bu iki ölkə arasında müxtəlif sahələrdə sıx əməkdaşlığa dair atılan addımlar, İranın bu cəhdlərinə Ermənistanın müəyyən dəstək verəcəyinə şübhə yeri qoymur. Bu iki ölkə arasında münasibətlərin inkişafı əgər Təhlükəsizlik Şurasınə üzvlük məsələsinə qədər gedib çıxsa, Tehran- İrəvan münasibətlərində tam yeni bir mərhələ açılacaq. Çünki İranla Ermənistanın münasibətləri bütün sahələrdə çox böyük sürətlə inkişaf edir. Hələlik hərbi əməkdaşlıqdan danışmaq tez olsa da, hesab etmək olar ki, əlaqələrin genişlənməsi artıq strateji müstəviyə keçib". Aydın Quliyev regional və qlobal məsələlərdə də bu iki ölkənin beynəlxalq təşkilatlarda əməkdaşlığına dair çoxlu faktların mövcud olduğunu bildirdi: "Martın 14-də BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərdəki vəziyyətə dair" bağlı qəbul olunmuş qətnaməyə münasibətdə də hər iki ölkə təxminən oxşar mövqe nümayiş etdirib. Təbii ki, Ermənistan bu qətnamənin əleyhinə oldu. İran isə səsvermə zamanı bitərəf qaldı və bu, elə əslində oxşar mövqe kimi qiymətləndirilməlidir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar