SON XƏBƏRLƏR

Fuad Muradov Londondakı Azərbaycan icması ilə görüşüb

2021.12.04, 08:22
Fuad Muradov Londondakı Azərbaycan icması ilə görüşüb

Gunaz.tv

Görüşdə Londonda fəaliyyət göstərən “Natavan Group UK”, “Britaniya Azərbaycanlıları Assosiasiyası”, “Birləşmiş Krallığın Azərbaycan Qadınları Assosiasiyası” kimi diaspor təşkilatlarının rəhbərləri, azərbaycanlı və türk icmasının təmsilçiləri iştirak ediblər.

Görüş Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Fuad Muradov 44 günlük müharibə dövründə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində nümayiş etdirdikləri həmrəyliyə görə Birləşmiş Krallıqdakı soydaşlarımıza təşəkkürlərini bildirib, icmanın birliyinin önəmindən danışıb. Fuad Muradov qeyd edib ki, bu birlik bütün dünyaya bir nümunədir. 

O, Azərbaycan dövlətinin diaspor siyasəti, dövlət başçısının tapşırığı ilə diasporun təşkilatlanması istiqamətində Komitənin həyata keçirdiyi layihələr, koordinasiya şuralarının, Azərbaycan Evlərinin yaradılması, qarşıda duran vəzifələr və hədəflər barədə müfəssəl məlumat verib.

Azərbaycanın Londondakı səfirliyinin birinci katibi Nicat Quliyev də Vətən müharibəsində icmanın göstərdiyi həmrəyliyə və aktiv fəaliyyətə görə öz təşəkkürünü bildirib.

Daha sonra Azərbaycanın Londondakı diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb və komitə sədri soydaşlarımızın təkliflərini dinləyib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Qeyd edək ki, Fuad Muradov növbəti günlərdə İngiltərənin Mançester və Şotlandiyanın Aberdin şəhərindəki Azərbaycan icması ilə də görüşlər keçirəcək. (apa)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar