SON XƏBƏRLƏR

Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi terror qruplaşmasının üzvlərini narahat edib

2024.05.14, 14:40
Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi terror qruplaşmasının üzvlərini narahat edib

Azərbaycanda axtarışda olduqları üçün SEPAH-a sığınan "Hüseyniyyun" terror qruplaşmasının üzvləri Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsindən narahatdırlar.

Gunaz.tv

Bu barədə onlar İran televizya kanalında çıxışlarında deyiblər.

Verilişdə terror qruplaşmasının üzvləri bunun türkçülüyə xidmət etdiyini, Turanın qurulması uğrunda atılan addımlardan biri olduğunu iddia ediblər.

"Bununla da Azərbaycan xalqının müsəlman deyil türk olduğu aşılanır, onun mənşəyinin türk olduğu və millətçiliyi qabardılır əhalinin müsəlman olması faktoru əhəmiyyətsizləşdirilir",- deyə qruplaşma üzvlərindən olan Sərxan Məmmədpv iddia edib.

Qruplaşma üzvləri vətəndaşlardan buna qarşı laqeyd qalmamalarını istəyib, onları təxribata çağırıblar.

Terror qruplaşmasının üzvləri Şuşanın mədəniyyət paytaxtı olmasından narahatdırlar

Azərbaycanda axtarışda olduqları üçün SEPAH-a sığınan "Hüseyniyyun" terror qruplaşmasının üzvləri Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsindən narahatdırlar.

Bu barədə onlar İran televizya kanalında çıxışlarında deyiblər.

Verilişdə terror qruplaşmasının üzvləri bunun türkçülüyə xidmət etdiyini, Turanın qurulması uğrunda atılan addımlardan biri olduğunu iddia ediblər.

"Bununlada Azərbaycan xalqının müsəlman deyil türk olduğu aşılanır, onun mənşəyinin türk olduğu və millətçiliyi qabardılır əhalinin müsəlman olması faktoru əhəmiyyətsizləşdirilir",- qruplaşma üzvlərindən olan Sərxan Məmmədpv iddia edib.

Qruplaşma üzvləri vətəndaşlardan buna qarşı laqeyd qalmamalarını istəyib, onları təxribata çağırıblar.

Qeyd edək ki, terror qruplaşmasının üzvlərinin iddialarının əksinə olaraq İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) Şuşanın islam dünyası üçün əhəmiyyətini vurğulayıb, Şuşada islam abidələrinin bərpasına görə Azərbaycan dövlətinə təşəkkür edib.

Mayın 11-də Şuşaya səfər edən İSESKO-nun baş dirrektoru Salim bin Məhəmməd əl-Malik, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının Şuşaya irs missiyası göndərdiyini və bunun azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiya olduğunu diqqətə çatdırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar